Etiketler

28 Kasım 2012 Çarşamba

ADRİATİK DƏNİZİ i və yaxud MEHDİ HÜSEYNZADƏ


         Sizlərə Adriatik dənizi haqqında məlumat vermək istəmirəm. Onu bilirəm ki, bu dəniz Avropa qitəsində İtaliya ilə keçmiş Yuqaslaviya dövlətlərinin arasında yerləşir. Qəhrəmanımız olan əfsanəvi" Mixaylo" haqda bir az sonra. 
Keçən bazar günü ANS kanalında Zəhra "Ağıl dəryasında" dəryaları(?) yenədə sınağa çəkirdı. Sözə baxaa "dəryalar" . Orada dəryalara sual verildi ki, sovet İttifaqı Qəhərəmanı olmuş Bakılı balası Mehdi Hüseynzadə hansı dənizin sahillırində vuruşub. Abturyentlərin cavabları çox məntiqsiz oldu. biri Xəzər dənizi, biri də Qara dəniz cavablaını verdilər. Əgər Xəzərin sahilində vuruşubsa Onda niyə Yuqaslaviya dövləti onu "Qafqazın Qəhrımanı" adı ilə adlandırır. 
Bu mənim orta məktəbdə oxuduğum bir məqamı xatırlatdı. Biz həmin dərsi ədəbiyyat fənnindən keçərkən dərs danışmaq növbəsi mənə çatmışdır. Ədəbiyyat mənim ən çox sevdiyim  gələn dərslədən biri idi. Dərs danışarkən həmin mətnə öz təxəyyüllərimi əvavə edirdim. Bu məndə bir adət idi. Baxmayaraq ki, bu dərslikdə verilməmişdir. Sinifdə normal ab- hava var idi. Müəllim mənə qulaq assada hiss olunurdu ki, fikiri başqa yerdədir. Birdən müəllimin diqqətini sınamaq qərarına gəldim. Həmişə olduğu kimi bu dəfədə mətndə olmayan bir ifadəni əlavə etdim. " Mixaylo fikirə dalmışdı. Xəzərin ləpələri asta-asta pıçıldaşırdı... " deyib fikirimi müəllimə yönəltdim. Müəllim hec bir reaksiya vermədi. Və sonra dərsi danışıb başa catdırdım. Sonda laiq olduğum 5- i alıb yerimdə əyləşdim. 
Bunu məllimin fikirinin dağınıq olduğu kimi qəbul etdim.

Hiç yorum yok:

Yorum Gönder