Son illər elm və texnikanın irələdiyi bir zamanda insanlarda
yazı mədəniyyətinin yüksəldiliyinində şahidi oluruq. Bunu küçə və prospektlərin
üzərində, binaların divarlarında, parklarda, metrolarda və avtobuslarda bir
sözlə hər yerdə şahidi oluruq. Bu yazıların qeyri –adiliyi ondadır ki, bunlar bir
və yaxud iki kəlmə ilə ifadə olunur. Özü də çox qısa bir formada.
Təxminən iki, bəlkədə üç il bundan qabaq Bakıda
yerdə asfaltın üzərində böyük və iri hərflərlə yazılmış “QAN” və yaxudda “QAN
OLACAQ” sözləri dövləti və mətbuatı
hərəkətə gətirdi. Bir nə qədər vaxtdan sonra
onun yazanın kimliyi və məqsədi məlum oldu. Aydın oldu ki, bu bir
rok-estrada qrupunun adıdır.
O yazılardan sonra bu yazışmalar bitmədi. Əksinə onların davamı gəldi. Artıq bu yazılar bölgələrədə “ayaq açıb”. Indi hər tində, dirəkdə, dayanacaqlarda və parklarda belə sözlərə rast gəlmək olur. Bu sözlər- “Dünyam.net, yaxında.biz, canan.ws, və s. kimi sözlərdir. Bəzən bu sözlər arasında zövqlü sözlərədə rast gəlinir. Məsələn: aşiqlər.ru sevdican seni.biz, ilk aşkım.ru Bunlar arasında ən heyrət doğuran isə MILLIKAYF.ORG- dur. Hətta bəzi yazıların altında bu chatların satıldığıda qeyd olunur. Araşdırmamız maraqlı alınsın deye bu chatları hazırlayanlardan birini axtarıb tapdım. Bu təxminən 6 ay bu işlə məşğul olan Elsever Ağasıyev oldu. Elsever bildirdi ki, bu chatlar adi tanışlıq üçün, bəzəndə şəxsi e-mail açmaq üçün yaradılır. Çatların necə hazırlanması barədə məlumat verən Elsever bildir di ki, bunun üçün çatın skripitini və domenin alırsan. Bu domenler pulludur. Onların qiyməti domenlərin populyarlığından aslıdır. Domenlərin qiyməti barədə məlumat verən Elsever bildirdi ki, ən bahalı domenlər com, orq, az - dır. Elseverin dediyinə görə təxminən 6 ay bundan qabaq org domeni üçün ildə 10 manat ödəmək lazımdır. Pulu poçt vasitəsilə lazımı ünvana göndərirsən skripit və domenlər sənin e- mailnə gəlir. Əgər sənin yaratığın çat məşhurlaşsa onu satışa da çıxara bilərsən. Bu təbii ki, adminin üzündən aslıdır.
Elseverin dediyinə görə çatları “zakaz” vermək üçün “hostaz.biz” sayıtı var.
Əsası çatın məşhurlaşmasıdır. Bunu üçün çatlar mütləq reklam olunmalıdır. Hərəkətin cox olduğu yerlər, avtobus dayanacaqları, parklar, yolların kənarındakı dirəklər ən yaxşı reklam yerləridir. Reklamların qorunub saxlanılması üçün çatların altında başqa ifadələr yazılır: “özünə hörmət edənlər çırmasın” və yaxud “cıran qeyrətsizdir”.
Nə deyirik. Təki zəhmətinizin xeyrin görəsiniz.
Hiç yorum yok:
Yorum Gönder