Etiketler

8 Aralık 2012 Cumartesi

Ilk Azərbaycan parlamentinin yaradılması


Dekabrın 7-i Azərbaycanın ilk parlamentinin yaradılması günüdür.  1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə parlamentin yaradılması və fəaliyyəti o dövür üçün mühüm  hadisə idi. O dövürdə fəaliyyət göstərən Milli Şura 1918- ci il noyabrın 20-də “Azərbaycan parlamentinin yaradılması haqqında ” qanun qəbul etdi. Qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli tərkibinə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü, polyak xalqlarınən hər biri üçün bir yer, həmkarlar ittifaqı təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdur. Respublika ərazisində yaşayan bütün xalqların hər iki cinsinin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.
Bir sıra çətinliklərə baxmayaraq, 1918- ci il dekabrın 7-də parlament öz işinə başladı. Bu, Azərbaycan xalqının həyatında çox mühüm hadisə idi. Parlamentin ilk iclasında Ə. Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Dekabrın 26-da üçüncü hökümət kabineti təşkil edildikdən sonara F. Xoyski Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifələrini tutdu.
Azərbaycan parlamenti fəaliyyətinin ilk dövründə müxtəlif siyasi partiya və qrupları təmsil edən 97 deputatdan ibarıt idi. Parlamentin qəbul etdiyi qərara əsasən onun rəsmi dili azərbaycan (türk) dili elan olundu, digər millətlərin nümayəndələrinin rus dilində çıxş etmələri məqbul hesab edildi. Fəaliyyət göstərdiyi 17 ay ərzində parlamentin 130 iclası keçirilmişdir. Parlamentdə 270- dən çox qanun layihəsi təqdim olunmuşdur. Onlardan 230-a yaxın qanun qəbul olunmuşdur. Azərbaycan Cumhuriyyətinin Müəssisələr Məclisinə seçkilər haqqında əsasnamə, “Azərbaycan vətəndaşlığı haqqında Qanun”, Mətbuat haqqında “Nizamnamə” və s. bu qəbildən idilər. Bunların  2\3 hissəsindən çoxu maliyyə, ədliyyə, daxili işlər və hərbi nazirliklər tərəfindən təqdim edilmişdir.
M.Ə. Rəsulzadə Azərbaycan Parlamenti haqqında demişdir: “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi.  Onsuz heç bir əmr keçməz, hec bir məsrəf yapılmaz, hec bir müharibə başlamaz, hec bir müharibə başlamaz, hec bir barçıq imzalanmızdı. Hökumət millətin etimadını qazanada qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə- vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Hiç yorum yok:

Yorum Gönder