Açılışda Milli Debat Proqramının
koordinatoru Tural Abdullazadə çıxış edərək belə mərkəzlərin
yaradılmasının gənclərin intellektual bacarığının, dünyagörüşünün
artırılmasında, sərbəst düşünüb qərar vermək bacarığının inkişafında
önəmli olduğunu qeyd etdi.
O, mərkəzin regionun şimal bölgəsində açılmasının xüsusi önəmi
olduğunu bildirdi. Bu münasibətlə “Vətəndaş Cəmiyyətində Debat” İctimai
Birliyinin xüsusi diplomunu Qusar Gənclər və İdman İdarəsinə təqdim
etdi. Qusar rayon Təhsil Şöbəsinin metodisti Qorxmaz Muradov bu mərkəzin
Qusarda açılmasının rayonun gənclərinin intelektual səviyyəsinin
yüksəlməsinə xeyli faydası olacağını bildirdi və birliyin kordinatoru
Tural Abdullazadəyə təşəkkür və uğurlar arzuladı.
Qeyd edək ki, ölkəmizdə regionlarda ümumilikdə 7 debat mərkəzi
fəaliyyət göstərir. Debat mərkəzinin təlimçi müəllimi Malik Bağırovun
dediyinə görə, 8-ci debat mərkəzi Qarabağ zonasında - Ağdamda fəaliyyət
göstərəcək. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi öz
fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi
başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin
yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Mehman
Fərmanov Qusar \ZAMAN AZƏRBAYCAN\
Hiç yorum yok:
Yorum Gönder