Dekabrın
6-da Quba rayon Mədəniyyət sarayının konfrans zalında Quba gənclərinin ümumi
toplantısı keçirilib. Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan
konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, icra hakimiyyəti başçısının
müavini Afət xanım Həsənova, gənclər və idman idarəsinin müdiri Mustafa Nöhbalayev və
dəvət olunmuş digər qonaqlar, həmçinin rayonun ictimai həyatında fəal iştirakı
ilə seşilən gənclər iştirak ediblər.
Tədbirdə
“Azad Könüllülər Klubu” İctimai Birliyinin həmtəsisçisi və sədri Mehman
Məmmədov da iştirak edib.
Tədbirdə
çıxış edən Mehman Məmmədov bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar,
sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin
fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin
aparıcı qüvvəsinə çevrilib.
O, müasir
texnalogiyaların və internetin inkişafı, internetin gənc nəslə olan təsirindən
danışıb. Qeyd edib ki, dünyada baş verən ən son hadisələri və digər maraqlı
faktların əldə olunmasında, hətta tariximizi, ədəbiyyatımızı, dünya yazarları
və onların əsərləri haqqında məlumatları mənimsəməmizdə internetin əvəzsiz rolu
danılmazdır. Mehman Məmmədov həmtəsisçisi və sədri olduğu təşkilatın həyata
keçirdiyi layihələrdən danışıb və bildirib ki, “Azad Könüllülər Klubu” İB-nin
yaradılmasından az müddət keçməsinə baxmayaraq təşkil etdiyi maraqlı
tədbirlərlə ətrafına 30-dan çox könüllü gənci cəlb edə bilmişdir.
Qeyd edək
ki, Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mübariz müəllim “Azad Könüllülər
Klubu”nun yaradılmasını müsbət qarşılayıb və bildirib ki, yaxın gələcəkdə
rayonumuzda istifadəyə veriləcək Gənclər evindən “Azad Könüllülər Klubu”na da
yer veriləcək.
Hiç yorum yok:
Yorum Gönder