Etiketler

28 Aralık 2012 Cuma

XEYRIYYƏ AKSİYASI


Qubada fəal gənclərdən təşkil olunmuş “Azad Könüllülər klubu” ictimai Birliyi Quba rayonundakı Zərdabi qəsəbəsində Valideyn himayəsindən məhrum uşaqlar  üçün ümumtəhsil orta internat məktəbdə “Könülləri sevindirək” adlı xeyriyyə tədbiri keçirilmişdir.Tədbirdə Quba Rayon İcra Hakimiyyəti, Rayon Gənclər idarəsi, Quba- uşaq musiqi məktəbinin ansanbılı, Zaman Azərbaycan qezetinin şimal bölgə təmsilçiliyinin iştirakı ilə keçirilmişdir. Aksiyanı keçirməkdə əsas məqsəd qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları təbrik etmək, onlara bayram sevinci yaşatmaq olub. AKK- İB- nin  həmtəsiscilərindən olan Asif Oruclu çıxış edərək Azad Könüllülər Klubu İB-nin həyata keçirdiyi həyata keçirdiyi könüllü layihələrdən və Qubada gənclərin maarifləndirilməsi sahəsində gördükləri işlərdən danışıb. 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə  şagirdləri və müəllim kollektivini təbrik etdi. Belə tədbirlərin tez-tez keçirəcəyini, buradakı gül baları hər zaman sevindirəcəyini, onların xoş üzlərindən təbbəssümün əksik  olmaması üçün əlindən gələni bildirdi.  Gənclər və idman idarəsinin rəis müavini Mənsur Ağayev cıxışında belə tədbirlərin tez-tez keçirilməsi, bu uşaqları sevindirmək hamısının borcu olduğunu dedi. Azad Könüllülər Klubu İB-nin sədri Mehman Məmmədov çıxış edərək təhsil müəssisəsinin kollektivini, uşaqları qarşıdan gələn Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə klub adından təbrik etdi.
Tədbirdə çıxış edən internat məktəbinin dərs hissə müdiri Elnur Mustafayev bu aksiyaya görə AKK rəhbərliyinə və təşkilatçılara öz  təşəkkürünü bildirdi və klubun bu adını yüksək qiymətləndirdi.

Xeyriyyə tədbiri AKK İctimai birliyinin daxili imkanları hesabına baş tutub. 
Tədbir musiqi sədaları altında, şagirdlər arasında rəqs, rəsm, şer müsabiqələri və viktorinalarla kecdi. Sonda fəallığı ilə seçilən şagirdlərə hədiyyələr verildi. İntellektual biliyinə görə fərqlənən şagirdlərə Zaman Azərbaycan qəzetinin xüsusi hədiyyələri ilə  mükafatlandırıldı. 


 






Hiç yorum yok:

Yorum Gönder