Etiketler

9 Aralık 2012 Pazar

Müəllimin uşaqları döyməsi



Bu günlərdə mətbuatda yayılan şagirdləri sıraya düzüb onları zoğal cubuğu ilə döyən müəllimin videosu çox yerlərdə əməlli- başlı səs-küy qaldırıb. Bir çox social- şəbəkələrdə buna müxtəlif münasibətlər bildirilib.
Araşdırmalar zamanı camaatın ən çoxu bunu qətiyyətlə pisləyib. Amma bu işi müsbət hal kimi hesab edib müəllimə bəraət verənlərdə var. 
Belə götürəndə müəllimin döyməyində pis bir şey yoxdur. Bu mənim fikirimdir. Uşaq vaxtı müəllim bizi azmı döymüşdümü? Nəticəsidə yaxşı oldu. Həm bizim tərbiyə işimizdə, həmdə təhsilimizdə. Bununla bağlı dahi sərkərdə Makedoniyalı İsgəndərin deyimidə var: “Müəllimin və vaideyinin döyməsində bərəkət var”
Hər zaman məktəblərdə uşaqların arasında olduğuma görə onların tərbiyə işində xeyli problem olduğu qabarıq çəkildə görünür. Əvvəlki dövrlərdə şagirdlər nə isə  pis bir hərəkət etdikdə bir ağsaqqal, bir müəllim onları tənbeh edəndə onlar bundan nəticə cıxarır, səhv iş gördüklərini etiraf edir, peşiman olduqlarnı bildirib üzr istəyirdilər. Indikilər isə etdikləri hər bir pis əməli “düz əməl” sayır. Hələdə bununla öyünürlərdə. Özlərinin dediyi bir ifadə də var “Əgər bizi döysəniz şikayət etmək hüququmuz var” əgər belə olsa onların gələcəyi necə olacaq? Onlar ərköyün böyüsələr gələcəyləri təhlükəli ola bilər. Az olubmu ata- anasın yeganə ərköyün oğlu valideyinlərinin başına oyunlar açmasın. Onları qorxutmasaq böyüyəndən sonra bizi qorxutacaqlar. Yene də dahilərin bir deyimini xatırlatmaq istəyirəm “Sərt davranış ən gözəl tərbiyədir”
Müəllimin onları döyməsi ola bilsin ki hansısa pis davranışlarının nəticəsidir. Belə olduqda ortaya bir sual şıxır. Əgər müəllim onları indi vaxtında döyməsə sonra bunları kim islah edəcək? Bilmirəm burda yeri var yoxsa yox Amma rəhmətlik satira ustamız Mirzə Ələkbər Sabirin bir şeri yadıma düşdü:

Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
        Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Atanın goru üçün, boşda bu tifli başına,
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
Indicə-indicə ancaq yetir on bir yaşına,
       Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
       Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!



Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
       Sözu lezzetli, şirin dilli uşaqdır uşağım!
      
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!







Hiç yorum yok:

Yorum Gönder