Etiketler

28 Aralık 2013 Cumartesi

MARŞURUTDA YENİLİK

Qubada marşurut sistemində mühüm dəyişikliklər olacaq. Belə ki, Yanvar ayının 1-dən xəttə şəhərarası marşurut olan rafların yerinə iritutumlu HUNDAY avtobuslar işləyəcək. 

SATICISIZ BAZAR



 Indiki dövrdə pul qazanmağın nisbətən asan yolu da alver olsada bununda öz çətinliyi var. Səhər tezdən polka arxasında olmaq, alıcı ilə dil tapmaq, bazarkomla “razılığa” gəlmək, malı aşağı qiymətdən almaq və s. bunlar hamısı satıcıdan tələb olunan xüsusiyyətlərdir.

23 Aralık 2013 Pazartesi

ÇAYXANADAN BAŞLAYAN UĞUR

Dekabr 21-də Bakı şəhərində intellektual oyun olan Nə?Harada? Nə zaman? oyunun Respublika finalı keçirildi.  25 komandanın iştirak etdiyi yarışda Quba gencleride öz biliklərini sınayıb. Yarışda əsas birincilik uğrunda mübarize Bakının  "Lagendarium", "Kipl" və "Diplomat" komandaları arasında gedirdi. Qubalı genclerden ibaret olan komanda 12 xal toplayaraq 15- ci yerle kifayetlenmeli olub.

18 Aralık 2013 Çarşamba

SALATIN ƏSGƏROVA

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir.

15 Aralık 2013 Pazar

ÇAY EVİNİN AÇILIŞI



        Qubada fəaliyyət göstərən Gənclər Mərkəzində kofe və çay evinin açılışı olub. Tədbirdə çıxış edən Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə xanım Bayramova Mübariz müəllimin Quba rayonuna başçı seçildikdən sonra rayonun sosial vəziyyətinin xeyli yaxşılaşması, xüsusi ilə gənclərə, onların fəaliyyətinə xüsusi  önəm verdiyini bildirdi. 


9 Aralık 2013 Pazartesi

MANDELA KİMDİR?



İrqçiliyə qarşı mübariz, Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelssn Mandela 95 yaşında vəfat edib.
Lent.az-ın məlumatına görə, Mandela 1918-ci ildə CAR-ın Umtatı əyalətində anadan olub.O, orta məktəbi bitirdikdən sonra Fort Hare Universitetinə qəbul olub və orada siyasi cərəyanlara qoşulub. Forta‑Herdə kollecdə oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.

REGİONLARDA QİYMƏT ARTIMI

Benzinin qiymətinin bahalaşması regionlarda öz təsirni göstərir. Qubada çörəyin qiymətində qalxma olub. 25qəpiyə satılan çörək indi 30 qəpikdən satılır. Satıcı bunun yalnız zavod çörəyinə təsiri olduğunu deyib.  
Bundan başqa ərzaqlardan yalnız kərə yağının qiyməti artırılıb. Dükanlaradan aldığımız məlumata görə yağın, növündən və mənşəyindən aslı olaraq qiyməti 0,60 qəpik bahalaşıb. 7man 40 qəpiklik Belarus yağı indi 8 manata satılır. 

6 Aralık 2013 Cuma

Qubada qeza baş verdi

Dekabrın 5-i  gecə saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Dövlət sərhəddi yolununun 149-cu km-də qeydə alınıb. Quba şəhər sakini, 1968-ci il təvəllüdlü Yusifov Vidadi Yusif oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Yusifova Zəminə Adil qızı, övladları - 2001-ci il təvəllüdlü Eltac və 2002-ci il təvəllüdlü Samir müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin orta ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

5 Aralık 2013 Perşembe

MƏMUR ETİRAFI



Bu dəfə bir məmurdan yazacam. Bu şahid olduğum yox, eşitdiyim bir məmurun həyatından qısa bir hissədir. 
Bu 7 il ərzində tikib başa catdırmış evini qeydiyyata salmaq üçün məmur yanına gedən  bir müəllimin dedikləridir. 

Müəllim öz işi üçün bir neçə dəfələrlə məmurun qəbuluna gedib yeni tikdiyi evi yaşayış massivinə görə siyahiya saldırmaq istəyir. Müəllimlə məmurun araları yaxşı olsada məmur müəyyən səbəblərə görə müəllimin işini uzadır. Ancaq buna baxmayaraq məmur və müəllim arasında sıx dostluq yaranır. Bu mehriban münasibətdən istifadə edən məmur müəllimə öz vəziyyətini etiraf edir.