Benzinin qiymətinin bahalaşması regionlarda öz təsirni göstərir. Qubada çörəyin qiymətində qalxma olub. 25qəpiyə satılan çörək indi 30 qəpikdən satılır. Satıcı bunun yalnız zavod çörəyinə təsiri olduğunu deyib.
Bundan başqa ərzaqlardan yalnız kərə yağının qiyməti artırılıb. Dükanlaradan aldığımız məlumata görə yağın, növündən və mənşəyindən aslı olaraq qiyməti 0,60 qəpik bahalaşıb. 7man 40 qəpiklik Belarus yağı indi 8 manata satılır.
Quba-Qusar marşurutu ilə hərəkət edən avtobuslarında gediş haqları qalxıb. Quba-Qusara işləyən avtobuslar 0,40 qepik idisə indi 0,50 qepiye aparırlar.
Bundan başqa Qusar rayonunda ərzaqlardan kərə yağından başqa yaxın kəndlərə gedən taksilər və raflar 10 qepik qiymet artımı ediblər.
Hiç yorum yok:
Yorum Gönder