Bu
dəfə bir məmurdan yazacam. Bu şahid olduğum yox, eşitdiyim bir məmurun
həyatından qısa bir hissədir.
Bu
7 il ərzində tikib başa catdırmış evini qeydiyyata salmaq üçün məmur yanına
gedən bir müəllimin dedikləridir.
Müəllim
öz işi üçün bir neçə dəfələrlə məmurun qəbuluna gedib yeni tikdiyi evi yaşayış
massivinə görə siyahiya saldırmaq istəyir. Müəllimlə məmurun araları yaxşı
olsada məmur müəyyən səbəblərə görə müəllimin işini uzadır. Ancaq buna
baxmayaraq məmur və müəllim arasında sıx dostluq yaranır. Bu mehriban
münasibətdən istifadə edən məmur müəllimə öz vəziyyətini etiraf edir.
Mən də bu vaxta kimi digər məmurlar kimi
rüşvət almışam, bunu danmıram. Bununda səbəbi dövlətin bizim üçün təyin etdiyi
140-150 man maaşdır. Mən rüşvət almasam evə əli boş gedə bilərəm. Buda
evdəkinin danışması üçün bir bəhanədir. Son iki ildir ki, rüşvət yığışmışdı. Buna
baxmayaraq bizə “hörmət edənlər”də olurdu.
Qəbula gələnlərin öz əllərilə
verdikləri “zəhmət haqqı” larını masanın siyirməsinə atmasına imkan yaradırdıq.
Bundan sonar onu razılıqla yola salırdım.
Vətəndaşların
mənə verdiyi rüşvət yalnız avtomobilimin
benzin pulunu ödəyirdi. Indi benzinin qiyməti qalxdı. Mən belə
vəziyyətdə nəinki sabah işə gəlmək, hətta hec evə gedib çata bilmərəm. Məcburam
ki, nə yolla olur olsun vəziyyətdən bir təhər çıxım.
Indi fikirim var ki,
verdiyim arayışların qiymətini bir başa vətəndaşların özlərinə oxuyum. Necə
deyerlər “Məmur kimi işləsəmdə, məmur kimi yaşa bilmirəm…”
Müəllim
imzalanmış sənədlərini götürüb: “Bazar olsun” deyib otaqdan cıxdı.
Hiç yorum yok:
Yorum Gönder