Etiketler

28 Aralık 2013 Cumartesi

SATICISIZ BAZAR



 Indiki dövrdə pul qazanmağın nisbətən asan yolu da alver olsada bununda öz çətinliyi var. Səhər tezdən polka arxasında olmaq, alıcı ilə dil tapmaq, bazarkomla “razılığa” gəlmək, malı aşağı qiymətdən almaq və s. bunlar hamısı satıcıdan tələb olunan xüsusiyyətlərdir.
 Bunlardan başqa havanın isti-soyuğundan aslı olmayaraq, yorğunluğu və aclığı fikirləşmədən malının üstündə olmalısan. Olmalısan ki, Sənə ruzi gətirən alıcını qaçırmayasan.
Bir sözlə satıcısan durmalısan malının üstündə.

Amma təəssüf ki, bir çox hallarda bu belə olmur. Əsasən də günortadan  sonrakı vaxtlarda. Satıcılar öz yerlərində olmurlar. Dükanları boş qoyub çıxb kənarda ya çay içir ya da stolüstü oyunlar oynamaqla başını qatır, onu gözləyən alıcını başqa bir nəfər qarşılayır. O da əksər hallarda “Dükan mənim deyil, istədiyin mal haqqında heçnə dəyə bilmərəm”  deyir. 
Bir sözlə satıcını yerində tapmaq olmur.  Bu təkcə regionun bazarında baş vermir. Respublikanın demək olar ki, əksər yerlərində satıcıları polka arxasında tapmaq qeyri-mümkündür. 
Bunu mən yox ölkəmizə gələn əcnəbi vətəndaşdan eşitmişəm. Bakı şəhərində rastlaşdığım Türkiyədən olan iş adamı Azərbaycan haqqındakı təəssüratını belə bildirmişdir: 
“Burada üç şey mənim marağıma səbəb oldu. I- avtomobillərin yerli-yersiz tez-tez siqnal verməsi, II- insanların ağızlarındakı qızıl dişlər, III isə günortadan sonra satıcıların mallarının üstündə olmamaları. 

Bir şeyi də əlavə etmək istəyirəm ki, Bəzi İslam ölkələrində müyyən vaxt satıcılar bazarda olmur. Buda ən cox ibadət vaxtlarına təsadüf edilir.


 Buda hec bir alıcını narazı salmır.

Hiç yorum yok:

Yorum Gönder