Etiketler

15 Aralık 2013 Pazar

ÇAY EVİNİN AÇILIŞI



        Qubada fəaliyyət göstərən Gənclər Mərkəzində kofe və çay evinin açılışı olub. Tədbirdə çıxış edən Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə xanım Bayramova Mübariz müəllimin Quba rayonuna başçı seçildikdən sonra rayonun sosial vəziyyətinin xeyli yaxşılaşması, xüsusi ilə gənclərə, onların fəaliyyətinə xüsusi  önəm verdiyini bildirdi. 




Gənclər Mərkəzində qubalı gənclərin asudə vaxtlarını xoş keçirmək üçün yatardığı şəraitdən, burada oğlan və qızlar üçün fəaliyyət göstərən dərnək və idman qurğuları haqqında məlumat verdi. 
  Rəşxəndə xanım bildirdi ki, mərkəzdə ingilis dili kursları, tenis, bilyard, şahmat klubu, bacarıqlı əllər, qızlar və oğlanlar üçün rəqs dərnəkləri və rəssamlıq bölməsi fəaliyyət göstərir. Mərkəzin rəhbərinin dediyinə görə kurslar pullu və pulsuz olaraq gənclərə təqdim olunur. 

 Çay evinin rəhbəri Fərid Babayev cay evinin xidmətindən, onun menyosundan, qiymətlərindən və cay evinin iş rejimindən danışdı. Fərid müəllim cay evində çaydan başqa kofe, kapicino, müxtəlif kokteylər və rəngarəng dondurmaların olduğunu bildirdi. Fərid müəllimin dediyinə görə çay evi gənclərin tədbirlərini, konfranslarını və əyləncəli oyunlarını keçirilməsi üçündə gənclərin üzünə açıqdır. 
Tədbirdə gənclərin adından çıxş edən Ramin Mahmudov belə şərait yaratdığına görə Quba RİHB-sı Mübariz Ağayevə, Quba rayon Gənclər və İdman idarəsinə, Mərkəzin rəhbəri Rəşxəndə xanıma, gənclərə tədbir və oyunları keçirmək üçün yer verdiyinə görə Fərid müəllimə təşəkkür etdi. Ramin müəllim Quba İntellektelləri arasında “Xəmsə” və “Breyn-rinq” oyunlarının keçirilməsində buranın yeri və rolunun əvəzzis olduğunu bildirdi. 
Tədbirdə Quba rayon Gənclər və İdman idarəsinin müdüri Mustafa Nöhbalayevdə iştirak edib.


 Sonda gənclərə  asudəlik verilməklə başqa mərkəzlə daha yaxından tanış omaq imkanıda verildi.


                                          







1 yorum: