Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir.
1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi
kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş,
olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə
istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı və ən
nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə
yetirilmişdir.
Ailəli idi, bir oğlu var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.[1]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Hiç yorum yok:
Yorum Gönder