Etiketler

23 Aralık 2013 Pazartesi

ÇAYXANADAN BAŞLAYAN UĞUR

Dekabr 21-də Bakı şəhərində intellektual oyun olan Nə?Harada? Nə zaman? oyunun Respublika finalı keçirildi.  25 komandanın iştirak etdiyi yarışda Quba gencleride öz biliklərini sınayıb. Yarışda əsas birincilik uğrunda mübarize Bakının  "Lagendarium", "Kipl" və "Diplomat" komandaları arasında gedirdi. Qubalı genclerden ibaret olan komanda 12 xal toplayaraq 15- ci yerle kifayetlenmeli olub.
 Rayondakı vəziyyete baxanda nece deyerler buna da şükür. Bir əmmasıda var idi ki, hec bir gənclər evi, gənclər mərkəzi olmayan, gənclərə bizim kimi önem verməyən yaxın qonşularımız olan Şabran və Siyezen rayonları bizdən irəlidə idi.

Yarışda fasilə zamanı yarışın divlərindən olan"Kipl" komandasının oyunşusu ilə balaca dialoqumuz oldu. Şəraitdən istifadə edib ondan uğurlarının sirrini soruşdum. Adını bilməsəmdə onu bildim ki, 4 ildir komandanın üzvüdür. Dediyinə görə onların bir çayxanası var. Məşqlərini də orada edirlər. İşlərini elə qururlar ki, çayçıya gələn  kliyentlərə mane olmasınlar. Oyunçu söhbətində biıldirdi ki, bu işdə cayçı özü də maraqlıdır.

Az qala bütün güclərini gənclərinə həsr edən Qubada gənclər üçün hər həftə oyunlar təşkil etməyə, onların dünya görüşünün artmasına, Respubliuka səviyyəli yarışlarda Qubanı uğurla təmsil etməyə əliverişli və münasib yer tapılmır. Rayonda yeni tikilib başa çatdırılmış gənclər evində bu oyunların keçirilməsi üçün otaq nəzərə alınmayıb, digər otaqlar isə "zanit" dir və öz təyinatları üzrə məşğuldurlar. Münasib olan yerler isə şənbə və bazar günləri bağlı olur. Şahmat məktəbinin isə öz yarışları var. Bir sözlə yenitetmə və gənclərin asudə vaxtları arxa plana keçir. Belə olan halda hansı uğurdan danışmaq olar?

 Ən azından bizi başa düşən bir çayçı və onun sanballı çayxanası olana qədər.

Hiç yorum yok:

Yorum Gönder