Etiketler

30 Eylül 2013 Pazartesi

ELEKTRON POÇT @ (e- mail) LAZIMDIRMI?



     Indiki dövürdə mobil telefonlar, kompyuter, internet insanların ayrılmaz bir hissəsinə çevirilib. Indi insanlar bir- biri ilə əlaqə saxlamaq üçün mobil telefonla və yaxud da sosial şəbəkələr vasitəsilə bir biri ilə təmasda olaraq işlərini həll edirlər. Bunun üçün də sosial şəbəklərdə və yaxudda internetdə şəxsi e- mail (elektron poçt) yaratmaq vacib olur. Insanlar aninda yaranan problemi internet vasitəsilə məktub yazarq kimə isə göndərə bilir. 

25 Eylül 2013 Çarşamba

DÜNYANIN ƏN MARAQLI TƏSADÜFLƏRİ

1898-ci ilde jurnalist-yazar Morgan Robinson "Titan" adli bir kitab yazdi. Kitabda boyuk bir reys gemisi, okeanda aysberqə charpirdi. 14 il sonra "Titanik" deniz faciesi meydana geldi

Tesadufler zencirinin en inanilmazi, 1981-ci ilde ABSHin Boston şəhərinde meydana geldi.

24 Eylül 2013 Salı

DƏYƏRİMİZİ BİLMƏLİYİK

Məşhur bir natiq danışmasına 100 dollarlıq bir banknotu əlindətutaraq başladı.
- Bu 100 dollarlıq banknotu kim
 istəyir? deyə soruşdu.
Salonda əllər tək-tək havaya qalxdı.

- Tamam. Bu 100 dolları içinizdən birinə verəcəyəm, amma əvvəl lütfən icazə verin, dedi və banknotu yaxşıca büzüşdürdükdən sonra təkrar soruşdu:

19 Eylül 2013 Perşembe

FOTOQRAFIN İNAMI

Dünyaca məşhur olan fotoqraflardan biri Afrikaya vəhşi heyvanların şəkilini çəkmək  yola düşür. O, yerli qəbilələrdən bir nəfəri özünə bələdçi götürür. Bələdçi razı olur və tüfəngini götürüb  heyvanların  toplaşdığı yerə gedirlər.

16 Eylül 2013 Pazartesi

RƏNGLİ İŞIQLAR


Qubada nə qədər vaxt keçdikdən sonra yeni  işıqforlar quraşdırıldı. İndi Qubanın küçələrində hərəkət edən avtomobillər müasir işıqforların göstərişləri ilə hərəkət edir. Mütəxəssislərin dediyinə görə rayonun hələki üç nöqtəsində (gələcəkdə sayları artırlacaq) quyulan bu işıqforlar müasir dövrə tam cavab verən sefeteorlardır. Hündürlüyü 4 m olan bu rəngli işıqlar eyni zamanda elektrik enerjisinə 80% qənaet edir.

14 Eylül 2013 Cumartesi

FIL INAMI

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:

-Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.

Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər davamsız və nazik olduğunu görüb, bunun səbəbini qəbilə başçısından soruşur. Qəbilə başçısı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:

-Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi yerindən qopara bilər. Amma o taleyiylə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.

11 Eylül 2013 Çarşamba

KƏND KLUBLARI

Şəhər və qəsəbələrdə gənclərin işdən sonra dincəlmək üçün asudə vaxtları bəzi əyləncə mərkəzləri sayəsində maraqlı keçsədə ucqar kənd yerlərində bu məsələ problemə çevrilir. Yay tətilinin bir hissəsini kənddə keçirdiyim üçün bu məsələnin yaxından şahidi oldum. Şəhər yerində gənclər internet klublara, çayçı və kinoteatrlara üz tutsa da, kənd cavanlarının yığışdığı yer əsasən kənd klubu idi.

4 Eylül 2013 Çarşamba

Qubada abituriyentlərin keçid balları müzakirə olundu

Qubada H.Əliyev mərkəzdə müəllimlərin konfransı baş tutdu. Keçən dərs ilinin naliyətləri və yeni dərs ilinə hazırlıq mövzusunda keçirilən konfransda Quba Rayon İH başçısı Mübariz Ağayev və Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov və Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl müəllim və rayonun təhsil işçiləri və ziyalılarda iştirak  ediblər.