Qubada H.Əliyev mərkəzdə müəllimlərin konfransı baş tutdu. Keçən dərs ilinin naliyətləri və yeni dərs ilinə hazırlıq mövzusunda keçirilən konfransda Quba Rayon İH başçısı Mübariz Ağayev və Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov və Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl müəllim və rayonun təhsil işçiləri və ziyalılarda iştirak ediblər.
Konfransda Süleyman müəllim keçən tədris ilində Quba təhsilinin vəziyyətini keçən illə müqayisədə xeyli yaxşılaşdığını bildirdi. Rayonda tikilən məktəblərin sayını açıqlayan Süleyman müəllim 2005-2013 cü ildə Quba rayonunda 63 məktəb binası tikilib istifadəyə verilmiş, 8 məktəb tam təmir olunub, qazlaşdırılmışdır.Yeni tikilib istifadəyə verilmiş və təmir olunmuş məktəblərdən və onlara verilən kompyuter avadanlığından danışdı. Çıxış edən Təhsil Şöbəsinin müdiri bildirdi ki, "bu il hər 18 uşağa bir kompyuter düşürsə keçən il bunun sayı 33 idi".
Ali məktəblərə qəbul olan şagirdlərin haqqında məlumat verən natiq bildirdi ki, bu il Quba rayon 1 saylı məktəb yaxşı nəticə göstərib 28 məzundan 11 nəfər tələbə adını qazanıb. Bu il 600 bal dan artıq toplayan şagirdlərin sayı 8 nəfərdir.
Konfransda çıxış edən RİHB -sı Mübariz müəllim "biz bununla razılaşmalı deyilik. Bizim təhsil almaq üçün geniş imkanlarımız var. Bu nəticələr bizi qane etmir. Biz daha yaxşı naliyyətlər gözləyirik" dedi.
Zalda təhsil nazirliyinin nümayəndəsinə də müxtəlif təkliflər söylənildi. Söylənilən təkliflər arasında qəbul və başqa imtahanlarda məntiqdən daha çox sual salındığını, buna baxmayaraq məktəblərdə məntiqə aid dərs deyilmədiklərini, orta məktəblərin çoxunda pisxoloq vəzifəsinin boş qalması ilə bağlı təkliflər səsləndi. Bunlardan yadda qalanı isə abituriyentlərin kecid balların azaldılması ilə bağlı olan təkliflər oldu. Belə ki, Pedaqoji təhsil alan və eyni fakültədə təhsil alan 150 və 500 balla təhsil alan tələbələrə fərq qoyulmalı, müəllim işləyəcək tələbələri 150 balla pedaqoji fakültəyə qəbul olunması təhsil işində münasib olmadığını bildirildi. Təhsil Nazirliyin müşaviri bu işə bir də baxılacağını və araşdırmalar aparılacağını bildirdi.
Hiç yorum yok:
Yorum Gönder