FIL INAMI
Bir
gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib
onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı
tərcüməçidən soruşur:
-Nəyə görə fili dirəyə bağladı ki? Fil
həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən
çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər davamsız və nazik
olduğunu görüb, bunun səbəbini qəbilə başçısından soruşur. Qəbilə
başçısı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
-Bu fil balaca
olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi
dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi,
dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi
yerindən qopara bilər. Amma o taleyiylə çoxdan barışıb. Artıq inanıb
ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.
Hiç yorum yok:
Yorum Gönder