Etiketler

16 Eylül 2013 Pazartesi

RƏNGLİ İŞIQLAR


Qubada nə qədər vaxt keçdikdən sonra yeni  işıqforlar quraşdırıldı. İndi Qubanın küçələrində hərəkət edən avtomobillər müasir işıqforların göstərişləri ilə hərəkət edir. Mütəxəssislərin dediyinə görə rayonun hələki üç nöqtəsində (gələcəkdə sayları artırlacaq) quyulan bu işıqforlar müasir dövrə tam cavab verən sefeteorlardır. Hündürlüyü 4 m olan bu rəngli işıqlar eyni zamanda elektrik enerjisinə 80% qənaet edir.


Yeni qoyulmuş sveteforlar qubalı sürücülər üçün bir az alışmamaqlıq kimi problem yaratsada həm sürücülərin, həm də piyadaların istəyincə olub. Buna qədər Qubada iki yerdə svetefor qoyulmuşdusada 10 ildən artıq vaxt idiki onlar öz fəaliyyətini dayandırıb. Buna görə sürücülər yol ayrıcına cıxanda sağa və sola baxmaqla hərəkət edirlər. Buda bəzi hallarda qəzaya şərait yaradırdı. 

10 ildən artıq bir dövdrə kimi sveteforsuz  hərəkət edən sürücülər yeni işıqforun işarələrinə öyrəşməkdə bir az çətinlik çəkib.

Beləki sveteforların qoyulduğu ilk gün Qubanın M. Əzizbəyov və Ə.Nərimanov küçələrinin kəçişdiyi yerdə (Nügədi yolu)  yol qəza hadisəsi baş verib. Hadisə zamanı yol şirkətinə məxsus TATRA və Kia markalı maşınlar toqquşub. Hadisədə xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.

Hiç yorum yok:

Yorum Gönder