Etiketler

11 Eylül 2013 Çarşamba

KƏND KLUBLARI

Şəhər və qəsəbələrdə gənclərin işdən sonra dincəlmək üçün asudə vaxtları bəzi əyləncə mərkəzləri sayəsində maraqlı keçsədə ucqar kənd yerlərində bu məsələ problemə çevrilir. Yay tətilinin bir hissəsini kənddə keçirdiyim üçün bu məsələnin yaxından şahidi oldum. Şəhər yerində gənclər internet klublara, çayçı və kinoteatrlara üz tutsa da, kənd cavanlarının yığışdığı yer əsasən kənd klubu idi.


Yaşlı nəslin nümayəndələri bu klubun əvvəllər gənclərin işinə çox yaradığını bildirirlər. Vaxtı ilə kino və digər mədəni proqramların təşkil olunduğu yerdə indi gənclər yalnız müəyyən vaxta qədər saat 21-00 a qədər istifadə edə bilirlər. Klub Mədəniyyət və Truzim Nazirliyinin tabeliyində olduğu üçün ora ən çox halda saat 19-00 a kimi açıq olmalıdır. Əksər hallarda klub müdriyyətinin mərhəmti sayəsində gənclərə güzəşt edildiyi üçün iki saat artıq qala bilir.

Əvvəllər Kənddə çayxana fəaliyyət göstərsədə çayçıya olan borclar üzündən o da qapandı. Belə olduğda yuxusu ərşə çəkilən bekar qalan gənclər kənddəki pivə satılan dükanın qarşısına yığılırlar. Çayxanadan fərqli olaraq pivə dükanının sahibi gənclərin nisyələri ilə razılaşır. Baxmayaraq ki, bu nisyələrin əksəriyyəti payızda məhsul satılandan sonraya qədər silinmir. Burada əsas problemli məsələ gənclərin alkoqalizimə meyl olunmasıdır.

Buda sözsüz ki, yaxşı nəticə verməz.

Klub müdiri bildirdi ki, kənd klubarında çayxana və başqa iaşə obyekti açmağa icazə verilmir. Əgər açılsa müvafiq qaydalarla rayon mədəniyyət şöbəsinə yazlı məlumat verilir və qeydiyyata alınır. Sözsüz ki, bu da ucuz başa gələn deyil.

Hiç yorum yok:

Yorum Gönder