Etiketler

30 Eylül 2013 Pazartesi

ELEKTRON POÇT @ (e- mail) LAZIMDIRMI?



     Indiki dövürdə mobil telefonlar, kompyuter, internet insanların ayrılmaz bir hissəsinə çevirilib. Indi insanlar bir- biri ilə əlaqə saxlamaq üçün mobil telefonla və yaxud da sosial şəbəkələr vasitəsilə bir biri ilə təmasda olaraq işlərini həll edirlər. Bunun üçün də sosial şəbəklərdə və yaxudda internetdə şəxsi e- mail (elektron poçt) yaratmaq vacib olur. Insanlar aninda yaranan problemi internet vasitəsilə məktub yazarq kimə isə göndərə bilir. 



          Bu iş artıq bizim gündəlik tələbatimiza çevrildiyi üçün müəssisə və təşkilatlarda sahibkar işə götürən işçisindən tələb olunana sənədlərlə birlikdə də e-mail göstərilməsidə qəti olaraq tələb edir. İKT işindən xəbəri olanlar öz e-maillərini dərhal qeyd edirlər. 



Lakin hamı bunu edə bilmir. Müəyyən insanlar arasında nəinki e-mail, hətta internettdən də anlayişi olmayanlarda mövcuddur. Əsasən ucqar rayonlarda belə insanlara rast gəlmək olur.  Bu yaxınlarada Şimal bölgəsinin rayonların birində dövlət qulluğuna işə düzəlmiş qadından e-mail tələb olunub. Qadın bundan anlayişi olmadığını bildirib. Buna görədə işə götürən tərəflə arasında müəyyən problem yaşanıb. Rəhbərlik işçidən qisa bir zaman içində elektron poçt yaratmağı qarşısına məqsəd qoyur. Əks halda sənədləri qəbul etməyəcəyini bildirir.  

Əslində bu qanunla necə tənzimlənir? Elektron poçtlarının qeyd edilib, edilməməyi ilə bağlı hansisa maddə məcəllədə yer alibmi? 



Bununla bağlı Quba rayonunda fəaliyyət göstərən hüquq məsləhətxanasina müraciət etdik. Hüquq məsləhətxanasının vəkili bildirdi ki, qanun məcəlləsində elə şey yoxdur. Bu işçinin içə götürməməsinə bəhanə ola bilməz. İşçi qısa bir vaxt ərzində elektron poçt yaradib, sahibkara təqdim edə bilərsə lap yaxşı, edə bilməzsə sonradan yaradıb müdriyyətə təqdim etməlidir.

O ki, qaldı sahibkarın qətiyyətlə bunu tələb etməsinə bu onun öz işi ola bilər. Sahibkar öz işinin xətirinə görə başqa sənədlərdə tələb edə bilər. Məsələn; Uzaq qohumları haqqında, və yaxudda xaricidə yaşayan qohumunun ünvani və s. bu kimi sənədlər tələb edə bilər. 


Hiç yorum yok:

Yorum Gönder