Dünyaca
məşhur olan fotoqraflardan biri Afrikaya vəhşi heyvanların şəkilini çəkmək yola düşür. O, yerli qəbilələrdən bir nəfəri
özünə bələdçi götürür. Bələdçi razı olur və tüfəngini götürüb heyvanların toplaşdığı yerə gedirlər.
Bu zaman
uzaqdan Aslan görsənir. Insanları görən Aslan dişlərini qıcıyıb onlara sarı
boylanır. Bu mənzərə fotoqrafı həvəsləndirir. Aparatını hazir vəziyyətə gətirib
heyvanin şəkillərini çəkməyə başlayır. Fotoqraf hər kadrdan sonra yaxına
gedərək dişlərini qıcıyıb özlərinə tərəf gələn yırtıcının şəkillərini çəkməkdə
davam edir.
Bu vəziyyət
yerli bələdçini qıcıqlandırır. O, fotoqrafın çiyinindən tutub buradan təcili
uzaqlaşdırmağı tələb edir. Fotoqraf işini bitirib geri dönür, onlara bir şikar
kimi baxan Aslandan uzaqlaşırlar.
Yırtıcıdan
uzaqlaşıb geri qayıdanda yerli bələdçi deyir: -“Sən qorxmadan necə şirin iki
addımlığına getdin?” Fotoqraf cavab
verdi: “Mən əlində silah tutan arxamda dayanmış yoldaşıma güvənirəm” bələdçi cavab verdi: “Axı silah boşdu” Fotoqraf dedi: “Əsas odur ki, Mən sənə
inanıram”
P.S. Əsas
odur inanasınız. İnam bütün UĞURLARIN əvvəlidir.
(AİLƏM
jurnalı)
Hiç yorum yok:
Yorum Gönder