Etiketler

28 Temmuz 2012 Cumartesi

Tələbə qız bakirəliyini satır


Belçikada Noell adlı tələbə qız bakirəliyini hərraca çıxarıb. İnternetdə «satışa çıxarılmış» bakirəliyinə ilkin qiymət kimi 175 min 500 avro qiymət qoymuş tələbə bu məsələdə amerikalı Natali Dilana məxsus rekordu qırmaq niyyətindədir. Qeyd edək ki, amerikalı ilk gecəsini hərrac vasitəsilə düz 2,8 milyon avroya satmışdı.
Noell hərracdan qazanacağı məbləğin 5%-ni xeyriyyə işlərinə xərcləmək niyyətindədir. O, qeyri-adi addımı haqda fikirlərini də bölüşüb: «Mən normal ailə tərbiyəsi görmüşəm. Valideynlərim bu əməlimi bilsə, öləcəklər. Bu haqda yalnız bir rəfiqəm məlumatlıdır. Əvvəlcə o, məni fikrimdən döndərməyə çalışsa da, sonda sakitləşib və qərarıma hörmətlə yanaşır».
   
/milli.az.\

Subaylıq səbəbi

        Çoxdan bəri tanıdığım taxsi sürücüsü var idi. Bir dəfə onunla bir rayondan kəndə gedəsi olsum. Yolda söhbətləşə- söhbətləşə vaxtımızı maraqlı keçirirdik. Söhbət əsnasında mənə özünün 21 yaşında bir oğlu olduğunu, onu evləndirmək istədiyini bildirdi. Oğlu üçün halal süd əmmiş namuslu ailədən olan, əyninə şalvar və mini yubka geyinməyən qız axtarırdığını dedi. Mənzil başına catanda sürücü ilə sağollaşıb, araya salıb telefon nömrəsini də aldım.
      Aradan bir-iki il keçdikdən sonra kəndə getmək üçün həmin taxsini aradım. Lazım olan vaxtda taxsi özünü yetirdi. Maraqlı söhbət edə-edə yolumuzu qısaldırdıq. Sürücü yoda sözarası mənə oğlundan danışdı. Onun subay gəzməsi atasını narahat etdiyi kişinin özündən hiss olunurdu. Kişidən oğlunun evlənib-evlənmədiyini soruşdum. Kişi oğlunu subaylığına izah gətirdi: "Oğlum üçün münasib qız tapa bilmirəm, İndi də telefon gəzdirməyən qız axtarır. Bütün qızlarda telefon var. Onlara inanmaq çətindir. Nə qədərdə nömrə". Nəhayət mənzil başına castdım. Dayıya "Sağ ol. İnşallah düzələr, Oğlunuzada münasib qız taparsınız".deyib düşdüm.
     Bu yaxınlarda həmin taxsiyə yenə də müraciət etdim. Bu qədər vaxt ərzində kişi hələ də oğluna qız tapa bilməmişdir. Sürücü həmişə kimi oxşar səbəb gətirdi. Amma bu dəfə bir az qəribə " Oğlum İndi internetə girməyən qız axtarır. Qızların hamısı Facebookda, müxtəlif sosial şəbəkəkərdə gecə- gündüz yazışırlar. Bilmirəm nə edim? Hansı qıza elçi düşəsən? Mənzil başına çatdığım üçün sürücü babaya bir şey deyə bilmədim. Amma bir fikir məni bürüdü ki, oğlu 2 ildə subay qalsa hansı səbəb ortaya cıxacaq?
   

22 Temmuz 2012 Pazar

Mətbuat günü qeyd olundu.

Qubada Meydan Parkında 22 - iyul Milli Mətbuatmızın yaranmasının 137 ci ilinə həsr olunmuş  geniş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək Rayonda fəaliyyət göstərən media nümayəndələrini təbrik etmiş. Onlara fəaliyyətində Şəffaflıq və mətinlik arzulamışdır. Daha sonra rayon ziyalıları çıxış edərək özlərinə göstərlən qayğı və diqqətə görə Rayon başçısı Mübariz müəllimə öz təşəkkürlərini bildirdilər. Tədbirin sonunda mediya nümayəndələri layiq oldqları mükafatlarla mükafatlandırıldı. Mükafatçılar arasında Qubada çap olunan "Şəfəq" qəzeti, Regionda fəaliyyət göstərən Az tv, İctimai TV, ANS, Xezer, Reginal tv-nin bölgə təmsilçiləri mükafata laiq görüldü. Şair Ramiz Qusarçaylıya xüsusi mükafatla təqdim olundu.
     Mətbuat günü ilə bağlı tədbir başa çatdıqdan sonra Meydanda regionun şair və yazıçılarından ibarət  "Poeziya axşamı" keçirildi.

21 Temmuz 2012 Cumartesi

Qezalar küçesi

Dünən (20 .07. 2012) gecə saatlarında təxminən 24-00 radələrində Qubanın H. Əliyev prospekti və M. Əcəmi küçələrinin kəsişdiyi yerdə (BMZ- nin arxasaındakı küçə) növbəti yol qeza hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən Hunday accent mitsibuşi PEKAP markalı maşınla toqquşub. hadisə zamanı xəsaət alan olmasada avtomoillərə ciddi ziyan deyib. Faktı Quba rayon DYPp nin şöbəsi araşdırır.
Qeyd edək ki, bura qezaların ən çox baş verdiyi yerdir.

18 Temmuz 2012 Çarşamba

Qırxpilləkən

      Nizami parkından Qəsəbəyə düşən qırx piləkən deyilən ərazidəki  pilləkənlər Qubanın mənzərəli yerlərindən biridir. Həmin ərazi Nizami parkının bir hissəsi olsada o əraziyə baxan elə bil yoxdur. Parkın ərazisi nisbətən təmiz olsada, pilləkənlərdə təmizlikdən əsər əlamət yoxdur. Beton pilətələrin üzərində məhəbbət formulları və chat adresləri pilləkənlərə bir azda “yaraşıq” gətirir. Elə bil o ərazi Qobustan daş qayalıqlarını xatırladır. Xəzəlin üstünü siqaret qutuları və fanta qabları örtüb.  Tağlı körpü istifadəyə verildikdən sonra ora baxmağa xeyli turist gələcək. Bu pilləkənlərlədən enib körpüyə gedəcəklər. Istərdik ki, parka baxan işçilər pilləkənləri də ondan ayırmasın. Ən azı o pilləkənlərin tikilməsinin Quba üçün maraqlı tarixi var.





14 Temmuz 2012 Cumartesi

Qusarda bıcaqlanma

        Qusar rayonunda bıcaqlanma hadisəsi baş verib. Qusar rayonu Qalacıq kənd sakini 42 yaşlı Elman Əhmədov öz qonşusu tərəfindən bıcaqlanıb. Qonşuları tərəfindən Qusar rayon Mərkəzi xəstəxanasına yerləşdirələn xəstə 3 saatlıq əməliyyatdan sonra reanamasiya şöbəsində yatır. Hadisəyə səbəb Elmanın qonşusu ilə mübahisə etməsi olub. Beləki onlar əvvəllərdə mübahisə ediblər. Bu dəfədəki mübahisə qanla bitib. Qusar rayon PŞ-dən R-tv-yə verlın məlumata görə vuranın şəxsiyyəti aydındır. Onun tutulub şöbəyə təhvil verilməsi üçün əməliyyat aparılır.

11 Temmuz 2012 Çarşamba

Qubada yeni intelektual oyun

Quba şəhəri və ətraf kəndlərdə intellektual oyunların populyarlaşdırılması və inkişaf etdirilməsi məqsədilə YURD İntellektual Gənclərin İnkişafına Yardım İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu Qubada intellektual klub təsis ediblər.  AİOF-in icraçı direktoru Seymur Teymurovun “OLAYLAR”a verdiyi məlumatda bildirilir ki, yeni yaradılan klubda Nə? Harada? Nə zaman?, Breyn-rinq, Fərdi Oyun və Xəmsə milli intellektual oyunu üzrə yarışlar keçiriləcək. Klubun ilk oyunu iyul ayının 15-də təşkil olunacaq. İlk oyun günündə Nə? Harada? Nə zaman? və Xəmsə milli intellektual oyunu üzrə yarış keçiriləcək.
Quba İntellektual Klubu Azərbaycan İntellektual Oyunlar Federasiyası (AİOF) ilə sıx əməkdaşlıq edəcək. 14 iyulda Qubada baş tutacaq yarışda Bakıdan Qubaya ezam olunacaq təcrübəli bilicilər qubalı gənclərə intellektual oyunlar barədə məlumat verəcək və onlara qələbə qazanmağın yollarını öyrədəcəklər.

Qubada kütləvi zəhərlənmə baş verib

Quba rayonunun Bərqov kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Gün.Az-ın bölgə müxbirinə Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə toyda iştirak edən 20 nəfərin səhhətlərində yaranan nasazlıq səbəbilə Quba rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə çatdırılıb.

Xəstəxananın şöbə müdiri Nizami Güləhmədovun verdiyi məlumata görə, xəstəxanaya zəhərlənmə şübhəsi ilə 9 kişi, 9 qadın və 2 uşaq gətirilib.

Faktla bağlı Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən araşdırmalara başlanılıb. Toyda istifadə olunan yeməklərdən və meyvə şirələrindən götürülən nümunələr araşdırılmaq üçün Bakıya göndərilib.

9 Temmuz 2012 Pazartesi

Qubada Yeni media təlimi


22 
Qubada 7 iyul tarixində QHT- lərin İnsan haqları və Şəffaflıq Azərbaycan Təşkilatının Quba rayon şöbəsində jurnalist və media nümayəndələri üçün "Yeni Medianın İnkişafı və Regionlara Yayılması” layihəsi çərçivəsində RATİ -                (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu), Demokratik Jurnalistika Məktəbi və Regional İnsan Hüquqları və Media Mərkəzinin “Kommunikasiya Strategiyalari və Texniki Bacarıqları" mövzusunda təlim keçirilmişdir. Təlim internetin imkanlarından yararlanaraq bölgələrdə fəaliyyət göstərən media nümayındələrinə Xalq jurnalistikası, uğurlu blog yaratmaq metodları və bloggerliyin inkişafına kömək etdirilməsi məqsədini daşayır. Təlimi aparan jurnalist-publisist Şahvələd Çobanoğlunun sözlərinə görə Xalq jurnalistikası yeni media ilə bağlı təlimlər davamlı olacaq. Burada yazı- yaza bilən gənclərə müəyyən qədər biliklər vermək, onlara medianın geniş imkanlarından istifadə etmək qaydalarını qismən də olsa aşılamaqdır.
Təlimdə jurnalistika işində qoyulan tələblər, foto və video kameralardan istifadə bacarığı, vidoların cəkilməsi, yayılması, filimləri çəkib göstərmək üçün bir neçə proqramlar, kasıblar üçün asan və tez başa gələn Photoshop və Paint proqramları və xüsusi funksiyaları olan DROPBOX paketindən istifadə qaydaları öyrənilmişdir.
Təlimin sonunda iştirakçılara müvafiq sertifakatlar verilmişdir.

20

8 Temmuz 2012 Pazar

Ağacdan yıxılma halları

Şimal bölgəsində meyvəçiliyin ən çox yayıldığı rayonlardan biri Qubadır.Son bir ayda  rayonda 108 nəfər  ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.Bu xəstəxanaya müraciət edən vətəndaşların 58 faizini təşkil edir.Xəsarət alan şəxlərin əksəriyyəti gilas ağacından yıxılıb.
 Qusar rayonunda ağacdan yıxılan insanların sayı son bir ayda artıb.Bu rayonda 15 nəfər ağacdan yıxılma ilə bağlı tibb müəssəsinə müraciət edib.Bu rəqəm Qusar mərkəzi rayon xəstəxanasına müraciət edən insanların 15 faizini təşkil edir.
Regional TV- nin araşdırımasına görə ümumiyyətlə Xaçmaz, Şabran və Siyəzən də daxil olmaqla bölgədə 272 adam ağacdan yıxılıb.  
http://www.regionaltv.az

7 Temmuz 2012 Cumartesi

Çağrışçı gənclər xidmətə yollandı.


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, iyulun 1-dən etibarən respublikamızın hər yerində, o cümlədən Qubada gənclərin hərbi xidmətə növbəti çağırış dövrü başlanıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, iyulun 1-dən etibarən respublikamızın hər yerində, o cümlədən Qubada gənclərin hərbi xidmətə növbəti çağırış dövrü başlanıb.
Quba rayonunda gənclərin hərbi xidmətə yollanış mərasimi təntənəli surətdə qeyd olunmuşdu. Tədbir Quba rayon İcra hakimiyyəti, Səfərbərlik  və hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin Quba rayon şöbəsi, Quba rayon mədəniyyət  evinin təşkil ediyi xüsusi mərasimlə qeyd olunmuşdur. Tədbirdə çıxış edən Quba rayon İH- nin başçısı Mübariz Ağayev hərbi xidmətə yollanan gənclırə öz xeyir duasını verdi. Gənc əsgərlərə: -- “Siz fəxr etməlisiniz ki, Müstəqil dövlətimiz olan Azərbaycan ordusunun əsgərlərisiniz.  Siz öz Vətəninizə xidmət edəcəksiniz. İndi Azərbaycanın möhkəm və məğlubedilməz ordusu vardur. Sizə bu şərəfli yolda uğurlar arzulayıram”.
         Daha sonra mərasimdə Böyük Vətən müharibəsi veteranları, əsgər valideynləri, çağrışçı gənclər çıxış edərək Vətən yolunda şərəflə xidmət edəcəklərinə, lazım gələrsə bu yolda canlarını və qanlarını da əsirgəməyəcəklərinə Quba rayon İcra Hakimiyyətinə, mərasim iştirakçılarına söz verdi.
Tədbirin sonunda çağrışçı gənclər üçrəngli bayrağımızın və müqəddəs Quranın altından keçıb avtobuslara doluşdular. Tədbir konsert proqramı ilə davam etdi.









4 Temmuz 2012 Çarşamba

Tağlı körpü təmir olunur.


Qubada XVIII əsrin mədəniyyət tikilisi olan “Tağlı körpü” təmir olunur.
 Körpü haqqında məlumat verən Quba rayon Mədəniyyət və Turizim şöbəsinin müavini Zöhrab Əmrahov bildirdi ki, Quba rayonun ərazisindən keçən Qudyal çayın hər iki tərəfini birləşdirən Tağlı körpü 1990 - cı illərə qədər istifadədə olub. Belə ki, Qudyal çayın sol sahilində yerləşən yaşayış massivinə şəhərarası nəqliyyat və digər ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti bu körpü üzərindən olub. 1990- cı ildə körpü qəzalı olduğuna görə üzərində hərəkət dayanıb. Hal- hazlrda körpünün təməlində və dayaq gövdələrində bərkitmə işləri gedir. Dayaqlarını sel sularının yumaması üçün ərazidə bəndin və su təmizləyici qurğuların inşaası nəzərdə tutulur. Körpü əvvəlki üslubunu saxlamaqla bərpa olunacaq. Bərpası başa çatdıqdan sonra körpünün üzərindən iri tonnajlı maşınların keçirilməsinə icazə verilməyəcək.
 Körpü bu ilin ilin sonuna qədər təhvil verilməlidir.
Xatırlatmaq üçün qeyd edək  ki, əsası 1894 cü ildə qoyulmuş Tağlı körpü 14 tağ üzərində daşdan yonulmuş çiy kərpicdən tikilmişdir.  Körpü əvvəlcə 19 dirək üzərində tikilsə də sonradan bu dirəklər ixtisara düşmüşdür. Körpü rus mühədisi Şuşerev tərəfindən tikilsə də inşaat işlərinə öz dövrünün memarı olmuş Qasımbəy Hacıbəyov tərəfindən nəzarət olunmuşdur.

1 Temmuz 2012 Pazar

Qəza iki nəfərin ölümünə səbəb oldu.

Qubanın Pirvahid kəndində ölümlə nəticələnən yol qeza hadisəsi baş vermişdir.Qubanın II Nügədi sakini olan 19 yaşlı Seyid Yunusova məxsus Çin istehsalı olan BYD F3 markalı, 90 BT 310 dövlət nömrə nişanlı avtomobil əvvəlcə ağaca daha sonra dəmir darvazaya çırpılmılmışdır. Hadisə  nəticəsində maşının sürücüsü və onun yanında sərnişin olan Pirvahid kənd sakini 24 yaşlı Bayramov Əfsan dünyasını dəyişib. Sürücü hadisə zamanı yerində həlak olsada, Əfsan xəstəxanaya çatdrılanda yolda vəfat edib.
 Hadisəyə səbəb yüksək sürət göstərilir. 
Faktla bağlı Quba RPŞ cinayət işi açılıb.

"Yarımçıq" təmizlik


Bu yaxınlarda Qubada tarixi yerləri təmizləmək üçün təmizlik aksiyası keçirilməsinə baxmayaraq həmin ərazilər də yenədə  zibilə qərq olub. Qubanın tarixi tiklisi olan Çuxur hamam ın ətrafı yenə də pis gündədir. “Yurd” o ərazidə xeyli təmizlik işi apadıqdan sonra Cuxur hamamın həyətinin qapısını bağlamış, qonşuluqda yaşayan sakinləri bu əraziyə zibil tökməməsi haqda onlardan xahiş etmişdir. Buna baxmayaraq insan səhlənkarlığının nəticəsi olaraq tarixi ərazinin ətrafı yenə də zibil içindədir. Təxminən 5 m məsafədə zibil qabı yerləşsədə deyəsən ona əhəmiyyət verən yoxdur. Hələ bu da azmış kimi sakinlər tarixi tiklinin qapılarını açıb oranın ırazisini zibilxanaya çeviriblər.
Bu hal Qubada olmuş “Yurd” haqqında xoş təsəvvürdə olan media nümayəndəsinin təəccübünə səbəb olmuşdur.
Tarixin bizə qoyub getdiyi əmanətləri qoruyaq ki, gələcəyimiz də bizə hörmət etsin.