Bu yaxınlarda Qubada
tarixi yerləri təmizləmək üçün təmizlik aksiyası keçirilməsinə baxmayaraq həmin
ərazilər də yenədə zibilə qərq olub. Qubanın
tarixi tiklisi olan Çuxur hamam ın ətrafı yenə də pis gündədir. “Yurd” o
ərazidə xeyli təmizlik işi apadıqdan sonra Cuxur hamamın həyətinin qapısını
bağlamış, qonşuluqda yaşayan sakinləri bu əraziyə zibil tökməməsi haqda onlardan
xahiş etmişdir. Buna baxmayaraq insan səhlənkarlığının nəticəsi olaraq
tarixi ərazinin ətrafı yenə də zibil içindədir. Təxminən 5 m məsafədə zibil qabı
yerləşsədə deyəsən ona əhəmiyyət verən yoxdur. Hələ bu da azmış kimi sakinlər tarixi tiklinin qapılarını açıb oranın ırazisini
zibilxanaya çeviriblər.
Bu hal Qubada olmuş
“Yurd” haqqında xoş təsəvvürdə olan media nümayəndəsinin təəccübünə səbəb
olmuşdur.
Tarixin bizə qoyub
getdiyi əmanətləri qoruyaq ki, gələcəyimiz də bizə hörmət etsin.
Hiç yorum yok:
Yorum Gönder