Körpü haqqında məlumat verən Quba rayon Mədəniyyət
və Turizim şöbəsinin müavini Zöhrab Əmrahov bildirdi ki, Quba rayonun
ərazisindən keçən Qudyal çayın hər iki tərəfini birləşdirən Tağlı körpü 1990 -
cı illərə qədər istifadədə olub. Belə ki, Qudyal çayın sol sahilində yerləşən
yaşayış massivinə şəhərarası nəqliyyat və digər ağır tonnajlı nəqliyyat vasitələrinin
hərəkəti bu körpü üzərindən olub. 1990- cı ildə körpü qəzalı olduğuna görə üzərində
hərəkət dayanıb. Hal- hazlrda körpünün təməlində və dayaq gövdələrində bərkitmə
işləri gedir. Dayaqlarını sel sularının yumaması üçün ərazidə bəndin və su
təmizləyici qurğuların inşaası nəzərdə tutulur. Körpü əvvəlki üslubunu
saxlamaqla bərpa olunacaq. Bərpası başa çatdıqdan sonra körpünün üzərindən iri
tonnajlı maşınların keçirilməsinə icazə verilməyəcək.
Körpü bu ilin ilin sonuna qədər təhvil
verilməlidir.
Xatırlatmaq
üçün qeyd edək ki, əsası 1894 cü ildə qoyulmuş Tağlı körpü 14 tağ üzərində daşdan yonulmuş çiy kərpicdən tikilmişdir. Körpü əvvəlcə 19 dirək üzərində
tikilsə də sonradan bu dirəklər ixtisara düşmüşdür. Körpü rus mühədisi Şuşerev
tərəfindən tikilsə də inşaat işlərinə öz dövrünün memarı olmuş Qasımbəy
Hacıbəyov tərəfindən nəzarət olunmuşdur.
Hiç yorum yok:
Yorum Gönder