Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, iyulun 1-dən etibarən respublikamızın hər yerində, o cümlədən Qubada gənclərin hərbi xidmətə növbəti çağırış dövrü başlanıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, iyulun 1-dən etibarən respublikamızın hər yerində, o cümlədən Qubada gənclərin hərbi xidmətə növbəti çağırış dövrü başlanıb.
Quba rayonunda gənclərin hərbi xidmətə yollanış mərasimi təntənəli surətdə qeyd olunmuşdu. Tədbir Quba rayon İcra hakimiyyəti, Səfərbərlik və hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin Quba rayon şöbəsi, Quba rayon mədəniyyət evinin təşkil ediyi xüsusi mərasimlə qeyd olunmuşdur. Tədbirdə çıxış edən Quba rayon İH- nin başçısı Mübariz Ağayev hərbi xidmətə yollanan gənclırə öz xeyir duasını verdi. Gənc əsgərlərə: -- “Siz fəxr etməlisiniz ki, Müstəqil dövlətimiz olan Azərbaycan ordusunun əsgərlərisiniz. Siz öz Vətəninizə xidmət edəcəksiniz. İndi Azərbaycanın möhkəm və məğlubedilməz ordusu vardur. Sizə bu şərəfli yolda uğurlar arzulayıram”.
Daha sonra mərasimdə Böyük Vətən müharibəsi veteranları, əsgər valideynləri, çağrışçı gənclər çıxış edərək Vətən yolunda şərəflə xidmət edəcəklərinə, lazım gələrsə bu yolda canlarını və qanlarını da əsirgəməyəcəklərinə Quba rayon İcra Hakimiyyətinə, mərasim iştirakçılarına söz verdi.
Tədbirin sonunda çağrışçı gənclər üçrəngli bayrağımızın və müqəddəs Quranın altından keçıb avtobuslara doluşdular. Tədbir konsert proqramı ilə davam etdi.
|
|
Hiç yorum yok:
Yorum Gönder