Etiketler

11 Temmuz 2012 Çarşamba

Qubada kütləvi zəhərlənmə baş verib

Quba rayonunun Bərqov kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Gün.Az-ın bölgə müxbirinə Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə toyda iştirak edən 20 nəfərin səhhətlərində yaranan nasazlıq səbəbilə Quba rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə çatdırılıb.

Xəstəxananın şöbə müdiri Nizami Güləhmədovun verdiyi məlumata görə, xəstəxanaya zəhərlənmə şübhəsi ilə 9 kişi, 9 qadın və 2 uşaq gətirilib.

Faktla bağlı Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən araşdırmalara başlanılıb. Toyda istifadə olunan yeməklərdən və meyvə şirələrindən götürülən nümunələr araşdırılmaq üçün Bakıya göndərilib.

Hiç yorum yok:

Yorum Gönder