Quba şəhəri və ətraf kəndlərdə intellektual oyunların
populyarlaşdırılması və inkişaf etdirilməsi məqsədilə YURD İntellektual
Gənclərin İnkişafına Yardım İctimai Birliyi və Xəzər İntellektual
Gənclər Klubu Qubada intellektual klub təsis ediblər. AİOF-in icraçı
direktoru Seymur Teymurovun “OLAYLAR”a verdiyi məlumatda bildirilir ki,
yeni yaradılan klubda Nə? Harada? Nə zaman?, Breyn-rinq, Fərdi Oyun və
Xəmsə milli intellektual oyunu üzrə yarışlar keçiriləcək. Klubun ilk
oyunu iyul ayının 15-də təşkil olunacaq. İlk oyun günündə Nə? Harada? Nə
zaman? və Xəmsə milli intellektual oyunu üzrə yarış keçiriləcək.
Quba İntellektual Klubu Azərbaycan İntellektual Oyunlar Federasiyası
(AİOF) ilə sıx əməkdaşlıq edəcək. 14 iyulda Qubada baş tutacaq yarışda
Bakıdan Qubaya ezam olunacaq təcrübəli bilicilər qubalı gənclərə
intellektual oyunlar barədə məlumat verəcək və onlara qələbə qazanmağın
yollarını öyrədəcəklər.
Hiç yorum yok:
Yorum Gönder