
Aradan bir-iki il keçdikdən sonra kəndə getmək üçün həmin taxsini aradım. Lazım olan vaxtda taxsi özünü yetirdi. Maraqlı söhbət edə-edə yolumuzu qısaldırdıq. Sürücü yoda sözarası mənə oğlundan danışdı. Onun subay gəzməsi atasını narahat etdiyi kişinin özündən hiss olunurdu. Kişidən oğlunun evlənib-evlənmədiyini soruşdum. Kişi oğlunu subaylığına izah gətirdi: "Oğlum üçün münasib qız tapa bilmirəm, İndi də telefon gəzdirməyən qız axtarır. Bütün qızlarda telefon var. Onlara inanmaq çətindir. Nə qədərdə nömrə". Nəhayət mənzil başına castdım. Dayıya "Sağ ol. İnşallah düzələr, Oğlunuzada münasib qız taparsınız".deyib düşdüm.
Bu yaxınlarda həmin taxsiyə yenə də müraciət etdim. Bu qədər vaxt ərzində kişi hələ də oğluna qız tapa bilməmişdir. Sürücü həmişə kimi oxşar səbəb gətirdi. Amma bu dəfə bir az qəribə " Oğlum İndi internetə girməyən qız axtarır. Qızların hamısı Facebookda, müxtəlif sosial şəbəkəkərdə gecə- gündüz yazışırlar. Bilmirəm nə edim? Hansı qıza elçi düşəsən? Mənzil başına çatdığım üçün sürücü babaya bir şey deyə bilmədim. Amma bir fikir məni bürüdü ki, oğlu 2 ildə subay qalsa hansı səbəb ortaya cıxacaq?
Hiç yorum yok:
Yorum Gönder