Etiketler

18 Temmuz 2012 Çarşamba

Qırxpilləkən

      Nizami parkından Qəsəbəyə düşən qırx piləkən deyilən ərazidəki  pilləkənlər Qubanın mənzərəli yerlərindən biridir. Həmin ərazi Nizami parkının bir hissəsi olsada o əraziyə baxan elə bil yoxdur. Parkın ərazisi nisbətən təmiz olsada, pilləkənlərdə təmizlikdən əsər əlamət yoxdur. Beton pilətələrin üzərində məhəbbət formulları və chat adresləri pilləkənlərə bir azda “yaraşıq” gətirir. Elə bil o ərazi Qobustan daş qayalıqlarını xatırladır. Xəzəlin üstünü siqaret qutuları və fanta qabları örtüb.  Tağlı körpü istifadəyə verildikdən sonra ora baxmağa xeyli turist gələcək. Bu pilləkənlərlədən enib körpüyə gedəcəklər. Istərdik ki, parka baxan işçilər pilləkənləri də ondan ayırmasın. Ən azı o pilləkənlərin tikilməsinin Quba üçün maraqlı tarixi var.





Hiç yorum yok:

Yorum Gönder