Qubada çap olunan “Şəfəq” qezetinin
redaksiyasında regionun şair və yazışılarından ibarət “Gülüstan” ədəbi- bədii
məclisi təşkil olunmuşdur. Məclisin sədri Şıxəmməd Seyidməmmədov bildirib ki,
müəyyən fasilələrdən sonra artıq 12 ilə yaxın bir müddətdə fəaliyyətini davam
etdirən “Gülüstan” yeni bir inkişaf mərhələsinə qədəm qoyub: “Məclis
üzvlərinin yaradıcılıq nümunələrindən hazırlanmış “Gülüstan inciləri”
almanaxının 5 toplusu nəşr olunub, oxuculara çatdırılıb. Respublikamızda ilk
dəfə uşaqların ədəbi yaradıcılıq nümunələrindən ibarət “Pöhrələrin nəğmələri”
kitabı da “Gülüstan”ın töhfəsidir. Son dövrdə “gülüstan”çıların 100-ə yaxın
fərdi kitabı işıq üzü görüb, respublikanın 20-dən çox dövri mətbu orqanında
onların 1000-dən çox şeiri dərc olunub”. O, tarixi şəxsiyyət olan A. A. Bakıxanovun
yadigar qoyub getdiyi tarixi ədəbi abidə -”Gülüstan” elmi ədəbi məclisinin
bundan sonra da yaşadılacağını vurğulayıb.
Tədbirdə Dağıstan Respublikasındakı “Gülüstan” Yazarlar İttifaqının prezidenti, Moskvada yerləşən Rusiya azərbaycanlıları milli-mədəni muxtariyyətinin və “Azerros” qəzetinin Dağıstan Respublikası üzrə nümayəndəsi, Azərbaycan YB-nin üzvü Tahir Saleh isə Dağıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafından söz açıb. Tədbirdə yazarlar öz şeirlərini də təqdim ediblər. Tədbirin sonunda Ş. Seyidməmmədov “Gülüstan”a qayğı göstərdiyinə görə rayon rəhbərliyinə, xüsusən İcra Hakimiyyəti başçısı Mübariz Ağayevə minnətdarlığını bildirib. Qeyd edək ki, tədbirdə Qubadan, Dağıstandan, Xaçmazdan, Şabrandan olan “gülüstan”çı şair və yazıçılarla yanaşı, rayon prokuroru Nazim Hacıyev, Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi Şahin Babayev, Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli də iştirak ediblər. |
30 Nisan 2012 Pazartesi
Gülüstan məclisi
23 Nisan 2012 Pazartesi
Karyerlər yoxlanacaq
Bundan sonra karyerlərin işini yoxlamaq üçün
komiyissiya təşkil olunacaq. Bunu Quba rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Ağayev Rayon İcra Hakimiyyətinində keçirilən hesabat yığıncağında
bildirdi. Qaraçay üzərindəki uçmuş körpüyə münasibət bildirdirən rayon İcra
Hakimiyyətinin başçısı sahibkarların məsuliyyətsizliyini ön plana çəkdi.
“Burada sahibkarlardan diqqət, ciddi yanaşma
tələb olunur. Hər şey qanun çərçivəsində olmalıdır. Bu körpünün uçması burada fəaliyyət göstərərn
karyerlırin işinin əsas olduğunun bildirib.
Bir təhlükə hiss edildikdə dərhal həyəcan siqnalı çalmalıdır. Burada
suyun səviyyəsini göstərən xüsusi nizamlayıcı qurğular olmalıdır. Orada göstərilən
ölçünü keçdikdə iş dərhal dayanmalı, lazımı qurumlara xəbər verilməlidir. ”
Mübariz müəllim karyerlərin işi üçün komisiya yaradıldığını bildirdi. Onların tezliklə
karyerlərin işini yoxlanılayacağını qeyd etdi. Bunun bir siqnal olduğunu
xüsusilə qeyd etdi.
Qeyd edək ki, aprelin 18- də saat 03:00-04:00 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun
156-cı kilometrliyində uzunluğu 90, eni 8 metr olan körpünün 15-20 metr
hissəsi uçub. Bu səbəbdən yolda avtomobillərin hərəkəti dayandırılıb. Qaraçayın
üzərində yerləşən körpü uçarkən "QAZel" markalı yük maşını çaya
düşüb. Avtomobilin sürücüsü Ülfət Hüseynov ağır xəsarət alıb.
20 Nisan 2012 Cuma
Gürcüstanlı qonaqlar Qubada
Qafqaz xalqlarının mədəni irsinin, adət-ənənələrinin,
incəsənətinin təbliği istiqamətində fəaliyyət göstərən “Cinemobile Caucasus”
qrupu Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin Vətənpərvərlik Klubunun təşkilatçılığı
və dəvəti ilə Qubada gənclər üçün Gürcüstan həyatından bəhs edən qısametrajlı
filmlərin nümayişini həyata keçirirb.
“Yurd” klubunun sədri Ramin
Mahmudov bildirib ki, həvəskar rejissorlar tərəfindən çəkilən filmlərin
nümayişindən əsas məqsəd qonşularımızı daha yaxından tanımaq, eyni zamanda
onların bizim haqqında məlumatlılıq səviyyəsini artırmaqdır.
Rayonun aktiv gənclərinin,
müəllimlərin iştirakı ilə həyata keçirilən nümayişdən öncə qonaqlar,
gürcüstanlı, “Neosfera” Fondunun direktoru Arçil Xetaquri və ruminiyalı xanım,
“Qara Dəniz İrs” Birliyinin direktoru
İleana Stanculescu səfərlərinin məqsədlərindən danışaraq bildiriblər ki, bu
layihə həvəskar, könüllü gənclərin kinomotoqrafiya sənətinin incəliklərinə yiyələnməsinə
şərait yaradılması, eyni zamanda xalqlarımızın bir-biri haqqında yeni
bilgilərin öyrənilməsi üçün mühümdür, belə səfərlər təkan verici rol oynayır.
Gürcüstanda istehsal olunan qısametrajlı filmlərin Azərbaycanda nümayişi ilə yanaşı , Azərbaycanın gənc rejissorlarının filmlərinin də Gürcüstanın müxtəlif bölgələrində nümayiş festivalları təşkil edilir.
Gürcüstanda istehsal olunan qısametrajlı filmlərin Azərbaycanda nümayişi ilə yanaşı , Azərbaycanın gənc rejissorlarının filmlərinin də Gürcüstanın müxtəlif bölgələrində nümayiş festivalları təşkil edilir.
Daha sonra qubalı gənclər gürcü
kinomotoqrafçıları tərəfindən çəkilən 2, azərbaycanlı gənc rejissor
tərəfindən çəkilən 1 qısametrajlı filmi izləyib və qonaqlarla birlikdə filmlərin təhlilini
aparıblar.
Tədbirin sonunda isə 12 yeni film
qubalı gənclərin sonradan izləməsi üçün kluba hədiyyə verilib.
Təhlükəli yol
Paytaxtdan
Qubaya gələn yoldakı Qaraçay körpüsü ucduğu üçün Qubaya gələn avtomobillər
alternativ yoldan istifadə edirlər. Bu yol rayonun Pirvahid kənd məktəbinin
qarşısından keçdiyi üçün burada təhlükəli vəziyyət yaranıb. Belə ki təxminən
175 nəfər şagirdin təhsil aldığı məktəb yolun kənarında yerləşdiyi üçün bu yolla
məktəbə getmək şagirlər üçün problem yaradır.
Körpünün uçması ilə Qubaya gələn və buradan qayıdan maşınlar yolda
sürəti tənzimləyən və təhlükə haqqında
xəbərdarlıq verən heç bir yol işarəsi olmadığından sürətlə şütüyürlər. Buda məktəbə gedənlərin həyatını təhlükədə qoyur. Bu yol 2010- cu
uldə Bakı- Quba – Pirvaid- Qonaqkənd istiqamətində çəkilsədə, yolda hərəkəti
tənzimləyən işarələr yoxdur. Buna səbəb kimi yolun tamam yekunlaşmadığı
göstərilir.
18 Nisan 2012 Çarşamba
Qubada körpü uçdu.
Bu gün
səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay
üzərindəki körpünün bir hissəsi sel suları səbəbindən çöküb. Nəticədə “QAZel”
markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonunun İqriq kənd
sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti
dayandırılıb.
qafqazinfo.az- acıqlamasına görə körpünün çökməsinə səbəb 1970-ci ildə inşa edilən körpünün uçmasında
yağıntıların və daş karxanalarının rol oynadığını bildirib. O qeyd edib ki,
körpünün dibi
13 metr
dərinlikdə yuyulub. Quba 6 saylı yol istismar idarəsinindən aldığımız məlumata
görə Qubaya gələn avtomobilllər Gəndob-Xaçmaz-Quba və Pirvahid-Nügədi-Quba
yolundan istifadə edirlər. Digər bir məlumata görə yeni körpünün tikintisi
2 aydan sonra yekunlaşa bilər.
16 Nisan 2012 Pazartesi
Müəllimlərlə görüş
B. Səfəroğlu adına Quba rayon Mədəniyyət evində
Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonun təhsil işçiləri
və müəllimləri ilə görüşmüşdür. Görüşdə əsas məqsəd sagirdlərin orta məktəbi müvəffəqiyyətlə başa
vurması, Ali təhsil pilləsinə yüksəlməsi və bununla bağlı problemləri birlikdə
həll edilməsidir. Bu işin uğurlu alınması üçün valideyin müəllim münasibətlərinin möhkəm olmasını qeyd
etdi.Valideyin daima övladını nəzarətdə saxlamalı, onun dərsləri ilə müntəzəm
maraqlanmalı, müəllimlər ilə görüşüb problemləri ilə yaxından tanış olmalıdır.
Mübariz müəllimin sözlərinə görə
şagirdlərin ali təhsilə yiyələnməsi üçün onlara tam sərbəst şərait
yaradılmalıdır. Məktəb şagirdlər üçün həm təhsil almaq, həmdə asudə vaxt
keçirilməsi üçün bir yer olmalıdır. Burada dərsdən əlavə bilik dərnəkləri
təşkil olunmalı, intelektual oyunlar, viktorinalar , digər məktəblər arasında
bilik yarışları keçirilməlidir. Yaşlı müəllimlərin yubileylərini keçirmək məktəblərdə
ənənəvi hal olmalıdır.
Mübariz müəllim yüksək bal toplayıb, lakin maddi
çətinlik üzündən ali təhsil
müəssisələrini yarımçıq tərk edən və ya ümuiyyətlə tələbəlik arzusunu
ürəyində qoyan abituriyentlərin vəziyyətinə aydınlıq gətirdi. “Belə uşaqlarımız
olsa onların valideyinləri Rayon Təhsil şöbəsinə müraciət etsinlər. Təhsil
şöbəsi də mənə məlumat versin. Mən özüm şəxsən onlarla maraqlanacağam”.
Tədbirin sonunda
respublika fənn olimpiadası və idman sahəsində fərqlənən şagirdlərə, həmçinin təhsildə təlim-tərbiyənin
inkişafında fəal olan təhsil işçilərinə qiymətli hədiyyələr verildi.
ŞAHİN yarışları ləğv oluna bilər
Qubada hər il məktəblilər arasında keçirilən “Şahin”
hərbi –idman oyunları bu il keçirilməyəcək. Yarışlara hazırlanmaq üçün məşq keçirilsədə
sonradan o da dayandırılıb. Rayon Təhsil şöbəsindən bu oyunların
keçirilməməsinin səbəbi onlardan aslı olmadığını bildirdi. Bunu rayonda bu
yarışı keçirilmək üçün stadionun
olmamasını bildirdilərsə də rəsmi qurumlar tərəfindən bu öz əksini
tapmayıb.
"Şahin” hərbi
idman oyunları Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə
Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, eləcə də Azərbaycan Respublikası
Hərbi Vətənpərvərlik İdman Cəmiyyəti və Respublika Veteranlar Şurasının birgə qərarına
uyğun olaraq həyata keçirilir.
Bu
yarışda Quba rayonun məktəbləri dəfələrlə zona yarışlarında I yer tutaraq Respublika birinciliyi üçün
Bakı şəhərində keçirilən yarışlara vəsiqə əldə ediblər.
12 Nisan 2012 Perşembe
Qubaya su çəkiləcək
Qubanın su problemi bu ilin axırına
kimi qaydasına düşəcək. Bunu Quba su - kanalzasiya ASC- nin texniki nəzarətçisi
Etibar Mərdanov R-tv – yə verdiyi müsahibəsində bildirdi. Onun sözlərinə görə Qubanın Qəcrəş kəndi
yaxınlığında Qudyalçayın sahilində tutumu 5000m3 həcimində su anbarı tikilir.
Anbar noyabr- dekabr aylarında istifadəyə veriləcək. Su öz mənbəyini
Qudyalçaydan alacaq və burada təmizlənərək yeni borularla sakinlərə
veriləcəkdir. Mühəndisin sözlərinə görə artıq yeni borular çəkilib. Mühəndis
suların bulanlığına münasibət bildirərək dedi ki, suların bulanlıq olması mart-
aprel aylarında baş verəcək. Ancaq bu dəfə bu az hiss olunacaq.
Qubaya su çəkildikdən sonra suya sayğac qoyulması istisna olunmur.
11 Nisan 2012 Çarşamba
Sınaq imtahanları
Aprelin 8- də
Qubada Təhsil Nazirliyi tərəfindən təyin olunmuş test-sınaq imtahanları
keçirirlmişdir. IX-XI siniflər üçün keçirilən sınaq imtahanında ümumilikdə 3272
şagird iştirak etmişdir. Imtahanlar üçün Qubanın Qırmızı qəsəbə və Nügədi daxil olmaqla 6 məktəbində
keçirilmişdir.
Imtahanların nəticələri
gələn həftədən rayon təhsil şöbələrinə göndəriləcək. Təhsil şöbəsindən
bildirildi ki, sınağın nəticələrini şagirdlər həmçinin internet vasitəsilə də öyrənə bilərlər.
Qeyd eddək ki,
növbəti buraxılış imtahanları cari ilin iyun ayının 18-ə planlaşdırılıb.
9 Nisan 2012 Pazartesi
H. Əliyev prospekti təmir olunur.
Qubanın H.
Əliyev prospektinin yuxarı hissəsi təmir olunur. Bu prospekt əvvəllər bir neçə
dəfə təmir olunsada prospektin yuxarı hissəsi BMZ - nin arxa tərəfindəki
küçə təmir görməmişdir. (Biz bu küşə
haqqında əvvəlki yazılarımızda xəbər vermişdik)(http://bizimqezet.wordpress.com/2011/04/15/yarimciq-asfalt/) əldə etdiyimiz məlumata görə
Qubanın Qəçreş kəndinə gedən yol bu ərazidən keçəçək. Buna görə də yol yüksək
səviyyədə təmir olunur. Belə ki yoldun kənarındakı ağaclar kəsilib, qaz və işıq
kabelləri yığışdırılıb. Hal-hazırda isə bu yoldakı kanalzasiya xətt borusu
dəyişdirilir. Yolun ən çoxu bir ay ərzində istifadəyə verilməsi nəzərdə
tutulur.
7 Nisan 2012 Cumartesi
Qubanın tarixi əbədiləşdiriləcək
Qubanın
tarixi haqqında kitab yazilacaq. Bu kitab üç dildə yazılıb Almaniyada çap
olunacaq. Bunu Quba İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Quba ictimayyəti
ilə görüşdə bildirdi. Onun sözlərinə görə bu kitabda Qubanın tarixi daha
dərindən araşdırlacaq, Qubanın görkəmli xanı olmuş Fətəli xanın adı bir daha
əbədiləşdiriləcək.
Mübariz
müəllim Qubadakı muzeyədə öz münasibətin bildirib. “Quba kimi qədim tarixə
malik olan bir diyarın tarix-diyarşünaslıq muzeyi bərbad haldadır” Mübariz
müəllimin sözlərinə görə Qubada yeni muzey tikilənə qədər aşıq havada yeni
muzey fəaliyyətə başlayacaq.
Icra
başçısı Quba adının müqəddəsliyini bildirdi. “Quba İslam peyğəmbəri Hz Muhamməd
(s. ə. s) Məkkə ilə Mədinə şəhəri arasında tikdirdiyi ilk məscid olub”
3 Nisan 2012 Salı
Səməni atma mərasimi
Qubanın özünəməxsus adətlərindən biridə Novruzdan
13 gün kecəndən sonra səməni atma mərasimidir. Bu mərasim Qudyalçayın Qubanın
aşağı ərazisidən keçiən hissəsindən, el arasında damba deyilən yerdə baş
verir. Bu gündə adəti üzrə orada xeyli
insan var idi. Ora toplananların əksəriyyəti gənc qızlar və oğlanlardan ibarət
olur. Aralarında əsgərdən tutmuş, yaşlı
nənələrə də rast gəlmək olurdu. Bu adətin əsas məqsədi Novruzda qoyulmuş
səmənini niyyət edib axar suya atmaqdır.
Orda olan insanların dediyinə görə bu adət Qubada
coxdan qeyd olunur. Quba sakinlərindən
olan Cövdət Şeydayev bu adətin xeyrini xüsusilə vurğuladı. “Bunun özəlliyi
ondadır ki, bu gün uzaq yerdə yaşayan insanlar o gün bir- birlərini görür,bir
yerə toplanırlar. Çayın sahilinə gəlib axar suya baxmaq, təmiz hava udmaq özü də bir
sağlamlıq, steresdən uzaq olmaqdır.” Cövdət müəllim bura gələn insanların da
ildən –ilə artığını bildirdi. Bura gələnlər üçün bulaqda var. Rayon İcra
hakimiyyəti tərəfindən o gün səhərdən axşamacan bu əraziyə polis də təhkim
olunub. Bura gələn insanların sayı hər il artır. Elə adamlar da var ki, səməni
atmaq üçün Bakıdan və başqa rayonlardanda bura gəlirlər. Elələri də olur ki, bu
adəti yaxından izləmək üçün bu gün burda olurlar.
Bu mərasim təkcə səməni atmaqla bitmir. Burada
nəzir deyib sədəqə paylayanlara rast gəlmək mümkündür . Tənzilə adında bir
qadın bizə bildirdi ki, dilədiyi niyyəti baş tutsa, gəlib burda nəzir verəcək.
Niyyətini nə olduğunu bilməsək də, arzusu baş tutmuşdu.
Bu bir xalq inancıdır. Xalqın yaxşı nəyə inamı
varsa onuda etsin.
Kaydol:
Kayıtlar (Atom)