Etiketler

16 Nisan 2012 Pazartesi

ŞAHİN yarışları ləğv oluna bilər


Qubada  hər il məktəblilər arasında keçirilən “Şahin” hərbi –idman oyunları bu il keçirilməyəcək. Yarışlara hazırlanmaq üçün məşq  keçirilsədə  sonradan o da dayandırılıb. Rayon Təhsil şöbəsindən bu oyunların keçirilməməsinin səbəbi onlardan aslı olmadığını bildirdi. Bunu rayonda bu yarışı keçirilmək üçün stadionun  olmamasını bildirdilərsə də rəsmi qurumlar tərəfindən bu öz əksini tapmayıb.
"Şahin” hərbi idman oyunları Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, eləcə də Azərbaycan Respublikası Hərbi Vətənpərvərlik İdman Cəmiyyəti və Respublika Veteranlar Şurasının birgə qərarına uyğun olaraq həyata keçirilir.
Bu yarışda Quba rayonun məktəbləri dəfələrlə zona yarışlarında  I yer tutaraq Respublika birinciliyi üçün Bakı şəhərində keçirilən yarışlara vəsiqə əldə ediblər.
 


Hiç yorum yok:

Yorum Gönder