Qubanın özünəməxsus adətlərindən biridə Novruzdan
13 gün kecəndən sonra səməni atma mərasimidir. Bu mərasim Qudyalçayın Qubanın
aşağı ərazisidən keçiən hissəsindən, el arasında damba deyilən yerdə baş
verir. Bu gündə adəti üzrə orada xeyli
insan var idi. Ora toplananların əksəriyyəti gənc qızlar və oğlanlardan ibarət
olur. Aralarında əsgərdən tutmuş, yaşlı
nənələrə də rast gəlmək olurdu. Bu adətin əsas məqsədi Novruzda qoyulmuş
səmənini niyyət edib axar suya atmaqdır.
Orda olan insanların dediyinə görə bu adət Qubada
coxdan qeyd olunur. Quba sakinlərindən
olan Cövdət Şeydayev bu adətin xeyrini xüsusilə vurğuladı. “Bunun özəlliyi
ondadır ki, bu gün uzaq yerdə yaşayan insanlar o gün bir- birlərini görür,bir
yerə toplanırlar. Çayın sahilinə gəlib axar suya baxmaq, təmiz hava udmaq özü də bir
sağlamlıq, steresdən uzaq olmaqdır.” Cövdət müəllim bura gələn insanların da
ildən –ilə artığını bildirdi. Bura gələnlər üçün bulaqda var. Rayon İcra
hakimiyyəti tərəfindən o gün səhərdən axşamacan bu əraziyə polis də təhkim
olunub. Bura gələn insanların sayı hər il artır. Elə adamlar da var ki, səməni
atmaq üçün Bakıdan və başqa rayonlardanda bura gəlirlər. Elələri də olur ki, bu
adəti yaxından izləmək üçün bu gün burda olurlar.
Bu mərasim təkcə səməni atmaqla bitmir. Burada
nəzir deyib sədəqə paylayanlara rast gəlmək mümkündür . Tənzilə adında bir
qadın bizə bildirdi ki, dilədiyi niyyəti baş tutsa, gəlib burda nəzir verəcək.
Niyyətini nə olduğunu bilməsək də, arzusu baş tutmuşdu.
Bu bir xalq inancıdır. Xalqın yaxşı nəyə inamı
varsa onuda etsin.
Hiç yorum yok:
Yorum Gönder