Etiketler

16 Nisan 2012 Pazartesi

Müəllimlərlə görüş


B. Səfəroğlu adına Quba rayon Mədəniyyət evində Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonun təhsil işçiləri və müəllimləri ilə görüşmüşdür. Görüşdə əsas məqsəd sagirdlərin orta məktəbi müvəffəqiyyətlə başa vurması, Ali təhsil pilləsinə yüksəlməsi və bununla bağlı problemləri birlikdə həll edilməsidir. Bu işin uğurlu alınması üçün valideyin müəllim münasibətlərinin möhkəm olmasını qeyd etdi.Valideyin daima övladını nəzarətdə saxlamalı, onun dərsləri ilə müntəzəm maraqlanmalı, müəllimlər ilə görüşüb problemləri ilə yaxından tanış olmalıdır. Mübariz müəllimin sözlərinə görə  şagirdlərin ali təhsilə yiyələnməsi üçün onlara tam sərbəst şərait yaradılmalıdır. Məktəb şagirdlər üçün həm təhsil almaq, həmdə asudə vaxt keçirilməsi üçün bir yer olmalıdır. Burada dərsdən əlavə bilik dərnəkləri təşkil olunmalı, intelektual oyunlar, viktorinalar , digər məktəblər arasında bilik yarışları keçirilməlidir. Yaşlı müəllimlərin yubileylərini keçirmək məktəblərdə ənənəvi hal olmalıdır.
Mübariz müəllim yüksək bal toplayıb, lakin maddi çətinlik üzündən ali təhsil  müəssisələrini yarımçıq tərk edən və ya ümuiyyətlə tələbəlik arzusunu ürəyində qoyan abituriyentlərin vəziyyətinə aydınlıq gətirdi. “Belə uşaqlarımız olsa onların valideyinləri Rayon Təhsil şöbəsinə müraciət etsinlər. Təhsil şöbəsi də mənə məlumat versin. Mən özüm şəxsən onlarla maraqlanacağam”. 
Tədbirin sonunda  respublika fənn olimpiadası və idman sahəsində fərqlənən  şagirdlərə, həmçinin təhsildə təlim-tərbiyənin inkişafında fəal olan təhsil işçilərinə qiymətli hədiyyələr verildi.


Hiç yorum yok:

Yorum Gönder