Etiketler

30 Nisan 2012 Pazartesi

Gülüstan məclisi


 
Qubada  çap olunan “Şəfəq” qezetinin redaksiyasında regionun şair və yazışılarından ibarət “Gülüstan” ədəbi- bədii məclisi təşkil olunmuşdur. Məclisin sədri Şıxəmməd Seyidməmmədov bildirib ki, müəyyən fasilələrdən sonra artıq 12 ilə yaxın bir müddətdə fəaliyyətini davam etdirən “Gülüstan” yeni bir inkişaf mərhələsinə qədəm qoyub: “Məclis üzvlərinin yaradıcılıq nümunələrindən hazırlanmış “Gülüstan inciləri” almanaxının 5 toplusu nəşr olunub, oxuculara çatdırılıb. Respublikamızda ilk dəfə uşaqların ədəbi yaradıcılıq nümunələrindən ibarət “Pöhrələrin nəğmələri” kitabı da “Gülüstan”ın töhfəsidir. Son dövrdə “gülüstan”çıların 100-ə yaxın fərdi kitabı işıq üzü görüb, respublikanın 20-dən çox dövri mətbu orqanında onların 1000-dən çox şeiri dərc olunub”. O, tarixi şəxsiyyət olan A. A. Bakıxanovun yadigar qoyub getdiyi tarixi ədəbi abidə -”Gülüstan” elmi ədəbi məclisinin bundan sonra da yaşadılacağını vurğulayıb.
Tədbirdə Dağıstan Respublikasındakı “Gülüstan” Yazarlar İttifaqının prezidenti, Moskvada yerləşən Rusiya azərbaycanlıları milli-mədəni muxtariyyətinin və “Azerros” qəzetinin Dağıstan Respublikası üzrə nümayəndəsi, Azərbaycan YB-nin üzvü Tahir Saleh isə Dağıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafından söz açıb. Tədbirdə yazarlar öz şeirlərini də təqdim ediblər. Tədbirin sonunda Ş. Seyidməmmədov “Gülüstan”a qayğı göstərdiyinə görə rayon rəhbərliyinə, xüsusən İcra Hakimiyyəti başçısı Mübariz Ağayevə minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbirdə Qubadan, Dağıstandan, Xaçmazdan, Şabrandan olan “gülüstan”çı şair və yazıçılarla yanaşı, rayon prokuroru Nazim Hacıyev, Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi Şahin Babayev, Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli də iştirak ediblər. 

Hiç yorum yok:

Yorum Gönder