Qafqaz xalqlarının mədəni irsinin, adət-ənənələrinin,
incəsənətinin təbliği istiqamətində fəaliyyət göstərən “Cinemobile Caucasus”
qrupu Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin Vətənpərvərlik Klubunun təşkilatçılığı
və dəvəti ilə Qubada gənclər üçün Gürcüstan həyatından bəhs edən qısametrajlı
filmlərin nümayişini həyata keçirirb.
“Yurd” klubunun sədri Ramin
Mahmudov bildirib ki, həvəskar rejissorlar tərəfindən çəkilən filmlərin
nümayişindən əsas məqsəd qonşularımızı daha yaxından tanımaq, eyni zamanda
onların bizim haqqında məlumatlılıq səviyyəsini artırmaqdır.
Rayonun aktiv gənclərinin,
müəllimlərin iştirakı ilə həyata keçirilən nümayişdən öncə qonaqlar,
gürcüstanlı, “Neosfera” Fondunun direktoru Arçil Xetaquri və ruminiyalı xanım,
“Qara Dəniz İrs” Birliyinin direktoru
İleana Stanculescu səfərlərinin məqsədlərindən danışaraq bildiriblər ki, bu
layihə həvəskar, könüllü gənclərin kinomotoqrafiya sənətinin incəliklərinə yiyələnməsinə
şərait yaradılması, eyni zamanda xalqlarımızın bir-biri haqqında yeni
bilgilərin öyrənilməsi üçün mühümdür, belə səfərlər təkan verici rol oynayır.
Gürcüstanda istehsal olunan qısametrajlı filmlərin Azərbaycanda nümayişi ilə yanaşı , Azərbaycanın gənc rejissorlarının filmlərinin də Gürcüstanın müxtəlif bölgələrində nümayiş festivalları təşkil edilir.
Gürcüstanda istehsal olunan qısametrajlı filmlərin Azərbaycanda nümayişi ilə yanaşı , Azərbaycanın gənc rejissorlarının filmlərinin də Gürcüstanın müxtəlif bölgələrində nümayiş festivalları təşkil edilir.
Daha sonra qubalı gənclər gürcü
kinomotoqrafçıları tərəfindən çəkilən 2, azərbaycanlı gənc rejissor
tərəfindən çəkilən 1 qısametrajlı filmi izləyib və qonaqlarla birlikdə filmlərin təhlilini
aparıblar.
Tədbirin sonunda isə 12 yeni film
qubalı gənclərin sonradan izləməsi üçün kluba hədiyyə verilib.
Hiç yorum yok:
Yorum Gönder