Bu gün
səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay
üzərindəki körpünün bir hissəsi sel suları səbəbindən çöküb. Nəticədə “QAZel”
markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonunun İqriq kənd
sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti
dayandırılıb.
qafqazinfo.az- acıqlamasına görə körpünün çökməsinə səbəb 1970-ci ildə inşa edilən körpünün uçmasında
yağıntıların və daş karxanalarının rol oynadığını bildirib. O qeyd edib ki,
körpünün dibi
13 metr
dərinlikdə yuyulub. Quba 6 saylı yol istismar idarəsinindən aldığımız məlumata
görə Qubaya gələn avtomobilllər Gəndob-Xaçmaz-Quba və Pirvahid-Nügədi-Quba
yolundan istifadə edirlər. Digər bir məlumata görə yeni körpünün tikintisi
2 aydan sonra yekunlaşa bilər.
Hiç yorum yok:
Yorum Gönder