Etiketler

23 Nisan 2012 Pazartesi

Karyerlər yoxlanacaq


Bundan sonra karyerlərin işini yoxlamaq üçün komiyissiya təşkil olunacaq. Bunu Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Rayon İcra Hakimiyyətinində keçirilən hesabat yığıncağında bildirdi. Qaraçay üzərindəki uçmuş körpüyə münasibət bildirdirən rayon İcra Hakimiyyətinin başçısı sahibkarların məsuliyyətsizliyini ön plana çəkdi. “Burada sahibkarlardan diqqət, ciddi yanaşma  tələb olunur. Hər şey qanun çərçivəsində olmalıdır. Bu  körpünün uçması burada fəaliyyət göstərərn karyerlırin işinin əsas olduğunun bildirib.  Bir təhlükə hiss edildikdə dərhal həyəcan siqnalı çalmalıdır. Burada suyun səviyyəsini göstərən xüsusi nizamlayıcı qurğular olmalıdır. Orada göstərilən ölçünü keçdikdə iş dərhal dayanmalı, lazımı qurumlara xəbər verilməlidir. ” Mübariz müəllim karyerlərin işi üçün komisiya yaradıldığını bildirdi. Onların tezliklə karyerlərin işini yoxlanılayacağını qeyd etdi. Bunun bir siqnal olduğunu xüsusilə qeyd etdi.
Qeyd edək ki, aprelin 18- də saat 03:00-04:00 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 156-cı kilometrliyində uzunluğu 90, eni 8 metr olan körpünün 15-20 metr hissəsi uçub. Bu səbəbdən yolda avtomobillərin hərəkəti dayandırılıb. Qaraçayın üzərində yerləşən körpü uçarkən "QAZel" markalı yük maşını çaya düşüb. Avtomobilin sürücüsü Ülfət Hüseynov ağır xəsarət alıb.

Hiç yorum yok:

Yorum Gönder