Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 20 ildir ki,
bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın
azərbaycanlı qeyd edir. Düz 23 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan
tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir
qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa
toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl
çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə
İstambulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər
şey də o tarixdən başlandı. İstambulda Dünya Azəri Türk Dərnəyinin
birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il
ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul
olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili
oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda
qeyd olunur. Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini
Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya
etdirməlidir. Əziz azərbaycanlılar bu münasibətlə bütün Azərbaycan
xalqını təbrik edir. Bayramınız mübarək olsun deyirəm!
31 Aralık 2012 Pazartesi
28 Aralık 2012 Cuma
XEYRIYYƏ AKSİYASI
Qubada fəal gənclərdən təşkil olunmuş “Azad Könüllülər
klubu” ictimai Birliyi Quba rayonundakı Zərdabi qəsəbəsində Valideyn
himayəsindən məhrum uşaqlar üçün
ümumtəhsil orta internat məktəbdə “Könülləri sevindirək” adlı xeyriyyə tədbiri
keçirilmişdir.Tədbirdə Quba Rayon İcra Hakimiyyəti, Rayon Gənclər idarəsi, Quba-
uşaq musiqi məktəbinin ansanbılı, Zaman Azərbaycan qezetinin şimal bölgə
təmsilçiliyinin iştirakı ilə keçirilmişdir. Aksiyanı keçirməkdə əsas məqsəd qarşıdan
gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il
münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları təbrik etmək, onlara
bayram sevinci yaşatmaq
olub. AKK- İB- nin həmtəsiscilərindən olan Asif Oruclu çıxış
edərək Azad Könüllülər Klubu İB-nin həyata keçirdiyi həyata keçirdiyi könüllü layihələrdən və Qubada gənclərin
maarifləndirilməsi sahəsində gördükləri işlərdən danışıb. 31 Dekabr Dünya Azərbaycanlılarının
həmrəylik günü və Yeni il münasibətilə
şagirdləri və müəllim kollektivini təbrik etdi. Belə tədbirlərin tez-tez
keçirəcəyini, buradakı gül baları hər zaman sevindirəcəyini, onların xoş
üzlərindən təbbəssümün əksik olmaması
üçün əlindən gələni bildirdi. Gənclər və
idman idarəsinin rəis müavini Mənsur Ağayev cıxışında belə tədbirlərin tez-tez
keçirilməsi, bu uşaqları sevindirmək hamısının borcu olduğunu dedi. Azad
Könüllülər Klubu İB-nin sədri Mehman Məmmədov çıxış edərək təhsil müəssisəsinin
kollektivini, uşaqları qarşıdan gələn Yeni il və 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə klub adından təbrik etdi.
Tədbirdə çıxış edən internat məktəbinin dərs hissə
müdiri Elnur Mustafayev bu aksiyaya görə AKK rəhbərliyinə və təşkilatçılara
öz təşəkkürünü bildirdi və klubun bu adını
yüksək qiymətləndirdi.
Xeyriyyə tədbiri AKK İctimai birliyinin daxili imkanları hesabına baş tutub.
Tədbir musiqi sədaları altında, şagirdlər arasında rəqs, rəsm, şer müsabiqələri və viktorinalarla kecdi. Sonda fəallığı ilə seçilən şagirdlərə hədiyyələr verildi. İntellektual biliyinə görə fərqlənən şagirdlərə Zaman Azərbaycan qəzetinin xüsusi hədiyyələri ilə mükafatlandırıldı.
25 Aralık 2012 Salı
GÖZLƏNİLƏN GÜN
Dekabrın 21-i
bizim gözlədiyimiz baş vermedi. Hamının həyacan və intizarla gözlədiyimiz gün
adi bir gün kecib tarixə qovuşdu. Bu günün adından qazananlar şam, konserv və
suxarı satanlar oldu. Buna baxmayaraq o gün insanlarda müəyyən xof yarada bildi. Məktəbə uşaqların az gəlməsi,
şəhərdə insan izdihamının kəskin azalması, vağzallarda böyük qarabalık bu günün
digər günlərdən fərqləndirən bir cəhət oldu.
Mömin insanların bu günə münasibəti bir mənalıdır: “Mən buna inanmıram”
Qiyamətin dəqiq vaxtının Allahdan başqa hec kim bilmir. Dalay Lama hardan
biləcək? Bir dəki Mayyaların təqvimi Allahın qədərindən daha dəqiq olacaqmı?
Indi bir sual ortaya çıxır. Bu qədər alınan şamlar
necə olacaq? Bu qədər yüksək qiymətlə kirayə verilən yeraltı bunkerlər? Allaha
yaxın bilib müqəddəs yerlərə qoyulan sərmayə? Türkiyənin Şirincə, Fransadakı
Buqaraj dağına cəkilən xərc? Ən qəribəsi isə Sakit okean sahillərində xüsusi
rituallarla qiyaməti indiyə kimi
gözləyən Ulu mayyaların nəvələri?
Deyirdim hec olmasa ən azından onlar Gün tutlmasının və yaxud bir güclü küləyin şahidi
olardılar. Bu da olmadı. Bu qiyamətlə
bağlı yayılan söhbətlər kecən illər də də yayılmşdır. Onda bu dəfə olduğu kimi
hecnə baş vermədi. Bu dəf isə daha şiddətli proqnoz verilmişdir. Özü də Amerika
qitəsində yaşayan astoronomiya sahəsində bilici olan Mayyalılar. Indi bundan sonra insanları inandırmaq ücün
daha hansı “xalq qabağa düşəcək”. Bundan sonra Qiyamətə qədər insanları inadır
görüm nece inandırırsan. Yalnız bir şey qalıb Allahın hökm etdiyi Axirət
qiyaməti. Onunda gəlişi hec cür qabaqcadan bəlli olunmayacaq. Odur o günə
indidən hazır olmalıyıq.
21 Aralık 2012 Cuma
FEYSBUK ƏSRİ
İnsanlar arasında əlaqə vasitəsi telefon olmuşdursa, indi texnikanın yüksək inkişafı onlar arasında nəinki əlaqə, həmdə onları ekranda görüb
sözünü deyə bilmək bacarığını ortaya gətirdi. Bu inkişaf internetdə sosial
şəbəkə vasitəsilə mümkün oldu. Bu sosial şəbəkələrdən ən məşhur olanı FACEBOOK
(Feysbuk) -dur. Mənası azərbaycan dilində “kitab üzü” olsada bilmirəm bunun nə
qədər əlaqəsi var. Amma bu da kitab kimi istədiyin şeyi, hekayə və əsərdə yaza
bilməklə yanaşı ən yaxşı şəkillərini mövzuya görə yerləşdirə bilərsən. Bunları
bəyənə, və yaxudda dostların görsün deyə paylaşa bilərsən. Aşağıdakı boş
sətirdə şərh, və ya
öz rəyini yazaraq münasibətini bildirirsən. Bundan başqa bu sosial- şəbəkə
reklam yaratmaq, tədbir keçirmək, tədbirə dəvət etmək üçün “event” də qoya
bilərsən. Öz ətrafına 50 milyondan artıq insan kütləsini toplayan FACEBOOK
nədir? Bu necə oldu yarandı?
2004–cü ilin fevral ayında Harvard
Universitetinin tələbəsi Mark Zukerberq Facebook
sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti
tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı aktiv
iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon
dollar olurdu. Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun
məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Piter Til adlı bir gənc bu
yeni yaranmış layihəyə investisiya qoymaqla onun məşhurluğuna qismən nail olur.
Feysbuk-un Azərbaydan dilinə tərcüməsi
2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu
tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də
qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız
lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci
mərhələdə Facebook-un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə,
artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan
dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil
bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə Facebook-u bu dildə
istifadə edə bilərlər. Şəbəkəni dahada sadələşdirən ona mobil telefon
vasitəsilə daxil olma imkanın olmasıdır.
Bu şəbəkə qadınlarında marağına səbəb olub. Beləki
ümumi istifadəçilərin sayı arasında qadınlar coxluq təşkil edir. Feys-dən
istifadə edənlərin 57% qadın, 43%- isə kişilərdir.
STATIStiKA
1. Bir
ayda “Feys”-e 845 milyon insan daxil olur.
2. İstifadəçi sayı 10 milyondan çox olan ölkələrin sayı 19-a, 1
milyondan çox olan ölkələrin sayı 76-ya çatıb.
3. Azərbaycanda olan
"Facebook" istifadəçilərinin sayı Türkmənistan,
Tacikistan, Qırğızıstan, Özbəkistan və Ermənistanda olan
istifadəçilərin ümumi sayından çoxdur.
4. "Facebook"da ən çox fanatı olan futbolçu Portuqaliyalı
Kristian Ronaldodur. Onun səhifəsini bəyənənlərin sayı 32 280
000 nəfəri keçib.
5. Bir
gündə
"Facebook"a 200 milyon şəkil
yüklənir.
6. Dünyada
hər 13
insandan biri "Facebook" istifadəçisidir.
7. 18-34
yaşlı
"Facebook" istifadəçilərinin 48%-i səhər yuxudan oyanan kimi
"Facebook"a daxil olurlar.
8. Həmin istifadəçilərin 28%-i yataqdan qalxmamış mobil telefon vastəsilə "Facebook"a daxil
olurlar.
9. 18-24 yaşlı istifadəçilərin sayı bir il ərzində 74% artıb.
10. Bir saatda "Facebook"da 30
milyon şərh
yazılır.
11. Bir dəqiqədə "Facebook"da 100 000
dostluq təklifi qəbul edilir.
12. Bu ölkənin cəmi 80 nəfər əhalisi "Facebook"
istifadəçisidir.
Bu ölkə
Vatikandır.
13. Çində "Facebook" istifadəçilərin sayı Azərbaycandakından azdır (Çin
- 384 min, Azərbaycan -
388 min)
14. Kanadada
"Facebook" istifadəçilərinin sayı 18,5 milyon nəfərdir ki,
bunların da 2 milyon nəfəri son bir həftədə üzv olub.
15 Aralık 2012 Cumartesi
ÇİNGİZ ABDULLAYEV TANINDI
Qubada fəal gənclərdən yaradılmış “Azad Könüllülər” İctimai Birliyinin nəznində fəalyyət göstərən “Ədəbiyyat məktəbi”-nin ikinci mühazirəsi keçirilib.
Mühazirəni klubun “İnformasiya” bölməsinin rəhbəri Cahangir Eyyubov keçirib. Bu
dəfəki mühazirə məşhur dedektiv yazıçı Cingiz Abdullayevin həyat və yaradıcılığına
həsr olunub. Mühazirəni aparan yazıçının
həyat və yaradıcılığı ilə yaxından tanış olan Cahangir Eyyubov onun oxucular
arasında ən çox sevilən əsərləri haqqında məlumat verdi. Cahangirin tanıtımından sonra tədbirə
gələn dinləyicilərdə yazıçı Cingiz Abdullayevin əsərlərinə olan marağın bir
azda artıldığı hiss olundu. Tədbirdə iştirak edənlər təkcə Çingiz Abdullayevin
əsərləri ilə yox, həmdə eyni zamanda onun həyatda qarşılaşdığı və onunla bağlı olan
digər əhvalatlarla da tanış oldular.
Tədbirimizdə qonaq qismində dəvət olunan Eldar müəllim Subhanverdiyev de
istirak edib ve təşkilatin həyata kecirdiyi tədbirləri müsbət qiymətləndirib.
Xatırlatmaq üçün qeyd edək ki, məşhur dedektiv
yazıçısı Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı
şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakıda 189 saylı şəhər
məktəbinində təhsilini bitidikdən sonra (1976). Azərbaycan Dövlət Universitetinin hüquq
fakültəsində təhsilini davam etdirmişdir. Afrika, Asiya və Avropa ölkələrində
ezamiyyətdə olmuşdur (1984-1986).
Mavi mələklər, Əclafların qanunu, Qanın üç
rəngi, Alçağın üslubu, Quba kapiroçusu, Mənim gözəl alibim, Məhşər ayağında və sairə bu kimi əsərlərinin müəllifi,
Dronqo (serial, 2002) 2.Məhkumlar (film, 2007) 3. Tərsinə çevrilən dünya (2011) filimlərinin ssenaristidir.
12 Aralık 2012 Çarşamba
HEYDƏR ƏLİYEV HƏMİŞƏ XATİRƏLƏRDƏ YAŞAYACAQ
12 DEKABR ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏ GÜNÜDÜR
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan PedaqojiTexnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası)memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışaraq 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində iş ləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-c i ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyas ı Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyas i Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin b irinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1987-c i ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası MərkəziKomitəsi Siyas i Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.1990-c ı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz ə laməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-c ı ilin iyulunda Azərbaycana qayıdaraq əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin il Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məc lisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-c i ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.1993-cü ilin may-iyununda hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilmişdir.1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclis in qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş , səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir. Dekabrın 15-də Fəxri Xiyabanda dəfn edilmiş dir.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş , iki dəfə
Sosia list Əməyi Qəhrəmanı adını a lmış, bir çox xarici dövlətlərin orden və medalları ilə tə ltif olunmuşdur. O,
həmçinin bir çox dövlətlərin orden və medalları ilə təltif olunmuş , beynəlxalq mükafatlara laiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.
Mənbəə: http://files.preslib.az/projects/toplu/v2/f1_1.pdf
10 Aralık 2012 Pazartesi
AKK rəsmi tanındı.
Mehman Məmmədovun Qubada təsis etdiyi fəal gənclərdən ibarət "Azad Könüllüər Klubu" rayonda tesdiqini tapıb. Beləki bu gün Quba rayon H. Əliyev mərkəzində H. Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxış sözü Mehman Məmmədova verildikdə o tədbir iştirakçılarına "Azad Könüllülər klubunun" sədri kimi təqdim olunub. Buda klub rəhbərliyi və onun üzvləri üçün sevindirici haldır. Belə təqdimata görə klub adından rayon İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk.
9 Aralık 2012 Pazar
8 Aralık 2012 Cumartesi
Ilk Azərbaycan parlamentinin yaradılması
Dekabrın 7-i Azərbaycanın ilk parlamentinin
yaradılması günüdür. 1918-ci ildə
Azərbaycan Xalq Cumhuriyyəti dövründə parlamentin yaradılması və fəaliyyəti o
dövür üçün mühüm hadisə idi. O dövürdə
fəaliyyət göstərən Milli Şura 1918- ci il noyabrın 20-də “Azərbaycan
parlamentinin yaradılması haqqında ” qanun qəbul etdi. Qanuna əsasən
təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli
tərkibinə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara
verilməli idi. Yəhudi, alman, gürcü, polyak xalqlarınən hər biri üçün bir yer,
həmkarlar ittifaqı təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdur. Respublika
ərazisində yaşayan bütün xalqların hər iki cinsinin bərabər seçki hüququ qanunla
təsbit edilirdi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə
oldu.
Bir sıra çətinliklərə baxmayaraq, 1918- ci il dekabrın 7-də parlament
öz işinə başladı. Bu, Azərbaycan xalqının həyatında çox mühüm hadisə idi.
Parlamentin ilk iclasında Ə. Topçubaşov
parlamentin sədri, Həsən bəy Ağayev
sədrin birinci müavini seçildilər. Dekabrın 26-da üçüncü hökümət
kabineti təşkil edildikdən sonara F.
Xoyski Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifələrini tutdu.
Azərbaycan parlamenti fəaliyyətinin ilk dövründə
müxtəlif siyasi partiya və qrupları təmsil edən 97 deputatdan ibarıt idi.
Parlamentin qəbul etdiyi qərara əsasən onun rəsmi dili azərbaycan (türk) dili
elan olundu, digər millətlərin nümayəndələrinin rus dilində çıxş etmələri
məqbul hesab edildi. Fəaliyyət göstərdiyi 17 ay ərzində parlamentin 130 iclası
keçirilmişdir. Parlamentdə 270- dən çox qanun layihəsi təqdim olunmuşdur.
Onlardan 230-a yaxın qanun qəbul olunmuşdur. Azərbaycan Cumhuriyyətinin
Müəssisələr Məclisinə seçkilər haqqında əsasnamə, “Azərbaycan vətəndaşlığı
haqqında Qanun”, Mətbuat haqqında “Nizamnamə” və s. bu qəbildən idilər.
Bunların 2\3 hissəsindən çoxu maliyyə,
ədliyyə, daxili işlər və hərbi nazirliklər tərəfindən təqdim edilmişdir.
M.Ə. Rəsulzadə Azərbaycan Parlamenti haqqında
demişdir: “Millət Məclisi məmləkətin
bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim
idi. Onsuz heç bir əmr keçməz, hec bir
məsrəf yapılmaz, hec bir müharibə başlamaz, hec bir müharibə başlamaz, hec bir
barçıq imzalanmızdı. Hökumət millətin etimadını qazanada qalır, itirəndə
düşürdü. Ortada hakim olacaq vasitə- vəzifə
yox idi. Parlament hakimi-mütləq idi”.
Quba gənclərinin ümumrayon toplantısı keçirilib
Dekabrın
6-da Quba rayon Mədəniyyət sarayının konfrans zalında Quba gənclərinin ümumi
toplantısı keçirilib. Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan
konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, icra hakimiyyəti başçısının
müavini Afət xanım Həsənova, gənclər və idman idarəsinin müdiri Mustafa Nöhbalayev və
dəvət olunmuş digər qonaqlar, həmçinin rayonun ictimai həyatında fəal iştirakı
ilə seşilən gənclər iştirak ediblər.
Tədbirdə
“Azad Könüllülər Klubu” İctimai Birliyinin həmtəsisçisi və sədri Mehman
Məmmədov da iştirak edib.
Tədbirdə
çıxış edən Mehman Məmmədov bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar,
sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin
fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin
aparıcı qüvvəsinə çevrilib.
O, müasir
texnalogiyaların və internetin inkişafı, internetin gənc nəslə olan təsirindən
danışıb. Qeyd edib ki, dünyada baş verən ən son hadisələri və digər maraqlı
faktların əldə olunmasında, hətta tariximizi, ədəbiyyatımızı, dünya yazarları
və onların əsərləri haqqında məlumatları mənimsəməmizdə internetin əvəzsiz rolu
danılmazdır. Mehman Məmmədov həmtəsisçisi və sədri olduğu təşkilatın həyata
keçirdiyi layihələrdən danışıb və bildirib ki, “Azad Könüllülər Klubu” İB-nin
yaradılmasından az müddət keçməsinə baxmayaraq təşkil etdiyi maraqlı
tədbirlərlə ətrafına 30-dan çox könüllü gənci cəlb edə bilmişdir.
Qeyd edək
ki, Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mübariz müəllim “Azad Könüllülər
Klubu”nun yaradılmasını müsbət qarşılayıb və bildirib ki, yaxın gələcəkdə
rayonumuzda istifadəyə veriləcək Gənclər evindən “Azad Könüllülər Klubu”na da
yer veriləcək.
7 Aralık 2012 Cuma
Paşa Yaqubla görüş
Qubada fəaliyyət göstərn
“Yurd” gənclərin vətənpərvərlik klubunda tədqiqatçı yazar Paşa Yaqubla gənclərin
görüşü keçirilmişdir.
Tədbiri açıq elan edən klubun rəhbəri Ramin Mahmudov yazıçı dədqiqatçı
Paşa Yaqubun həyatı və yaradıcılığından məlumat verdi. Onun yazdığı kitablardan
biri olan “Övliyalar diyarı Quba” kitabı haqqında məlumat verdi. Bambuzer vasitəsilə yayımlanan canlı bağlantı
respublikanın bəzi rayonlarında maraqla dinlənildi. Tədbir gənclərin maraqlı
sualları ilə davam etdi. Sonda paşa müəllim öz əsrlərindən olan Övlıyalar diyarı Quba, Torpağı Şərəfləndirənlər,
Nurlu similar kitablarını klubun rəhbərliyinə hədiyyə etdi. Bir şeyi qeyd
edək ki, Paşa Yaqubun Övliyalar diyarı Quba kitabının ikinci cildi də işıq üzü
görüb.
Xatırlatmaq üçün qeyd edək
ki, Paşa Yaqub Alı oğlu 10 mart
1968-ci ildə doğulub. Elmi-dini və
tarixi araşdırmalarla məşğuldur. İyirmi altı kitabın və onlarla məqalənin müəllifidir.
Bəşəri Dəyərlərin Təbliği Fondunun prezidentidir.
Yazıçıdır. Quranın riyazi təhlili və təyyarə qəzalarının
araşdırılması ilə məşğul olur.
4 Aralık 2012 Salı
YAZI MƏDƏNİYYƏTİ
Son illər elm və texnikanın irələdiyi bir zamanda insanlarda
yazı mədəniyyətinin yüksəldiliyinində şahidi oluruq. Bunu küçə və prospektlərin
üzərində, binaların divarlarında, parklarda, metrolarda və avtobuslarda bir
sözlə hər yerdə şahidi oluruq. Bu yazıların qeyri –adiliyi ondadır ki, bunlar bir
və yaxud iki kəlmə ilə ifadə olunur. Özü də çox qısa bir formada.
3 Aralık 2012 Pazartesi
"TARİXİ İZİMİZ" dən söz açıldı.
2 Dekabr 2012- ci il Quba Müəllimlər evində “Azad Könüllülər Klubu” “Tariximizi unutmayaq” adlı yeni könüllü layihəsi çərçivəsində “Tarixi izimiz” adlı tədbir keçirib.
Tədbiri giriş nitqi ilə açan klubun “Elm və təhsil” bölməsinin rəhbəri Mehman Fərmanov XVIII əsr Azərbaycan tarixi, Azərbaycan xanlıqların yaranma səbəblərini, Quba xanlığı və Fətəli xan haqqında iştirakçıları məlumatlandırıb. Quba xanlığından ətraflı danışan M.Fərmanov vahid Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə aparan Fətəli xanın yürütdüyü siyasətdən söz açıb və Şimal-Şərq xanlıqlarının Quba xanlığına birləşdirilməsi ardıcılığını tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb.
Bunlarla bərabər, iştirakçılar Quba xanlığı, onun sərhədləri, Fətəli xanın hakimiyyəti illərini və s. özündə əks etdirən slayd-şounu izləyiblər.
“Azad Könüllülər Klubu”nun sədri Mehman Məmmədovdan aldığımız məlumata əsasən “Tariximizi unutmayaq” layihəsinin əsas məqsədi tariximizi və tarixi şəxsiyyətlərimizi, Qubanın tarixi haqqında gəncləri maarifləndirmək, erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımız barədə gənclərə geniş məlumat vermək, erməni vəhşiliklərini əks etdirən filmlər nümayiş etdirmək, turlar təşkil edərək gənclərə tariximizin mədəniyyət nümunələrini əyani göstərməkdir. O, həmçinin bildirdi ki, layihə çərçivəsində “Tarixi izimiz” adlı tədbirlər bundan sonra da davamlı olaraq, silsilə şəkildə keçiriləcək.
Tədbiri giriş nitqi ilə açan klubun “Elm və təhsil” bölməsinin rəhbəri Mehman Fərmanov XVIII əsr Azərbaycan tarixi, Azərbaycan xanlıqların yaranma səbəblərini, Quba xanlığı və Fətəli xan haqqında iştirakçıları məlumatlandırıb. Quba xanlığından ətraflı danışan M.Fərmanov vahid Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə aparan Fətəli xanın yürütdüyü siyasətdən söz açıb və Şimal-Şərq xanlıqlarının Quba xanlığına birləşdirilməsi ardıcılığını tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb.
Bunlarla bərabər, iştirakçılar Quba xanlığı, onun sərhədləri, Fətəli xanın hakimiyyəti illərini və s. özündə əks etdirən slayd-şounu izləyiblər.
“Azad Könüllülər Klubu”nun sədri Mehman Məmmədovdan aldığımız məlumata əsasən “Tariximizi unutmayaq” layihəsinin əsas məqsədi tariximizi və tarixi şəxsiyyətlərimizi, Qubanın tarixi haqqında gəncləri maarifləndirmək, erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımız barədə gənclərə geniş məlumat vermək, erməni vəhşiliklərini əks etdirən filmlər nümayiş etdirmək, turlar təşkil edərək gənclərə tariximizin mədəniyyət nümunələrini əyani göstərməkdir. O, həmçinin bildirdi ki, layihə çərçivəsində “Tarixi izimiz” adlı tədbirlər bundan sonra da davamlı olaraq, silsilə şəkildə keçiriləcək.
Kaydol:
Kayıtlar (Atom)