Etiketler

28 Mayıs 2012 Pazartesi

"Avrovizionda" həyəcan anı

DİA.az sayıtın verdiyi xebere göre, yarışma keçirilən zaman, təxminən gecə saat 3 radələrində «Avroviziya-2012» yarışmasının təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları ora-bura qaçmağa, bir-birilərinə nəsə tapşırıqlar verməyə başlayıblar. Daha sonra Dövlət Bayraq Meydanı ilə üz-üzə olan yenicə təmir olunmuş yaşayış binasının damını təftiş edən təhlükəsizlik qüvvələri təxminən 20 dəqiqəlik ciddi rejimdən sonra yenidən sakitləşiblər.

Yaxınlıqda olan sakinlərdən biri isə orda olan müxbirə bildirib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları binanın damında şübhəli hərəkət edən nəsə müşahidə ediblər. Sonradan isə həmin hərəkət edən obyektin pişik olduğu aydınlaşıb və bununla da həyəcan bitib, normal vəziyyətə qayıdılıb.

Məhəllənin su problemi

Qubada quruculuq işləri bəzi məhəllələrdə problem yaradıb. Bu rayonun M. Əsədov və H. Əliyev prospektinin kəsişməsində baş verib.Yola asfalt döşənməsi üçün yolu qazıyıb, evlərə daxil olan su borularını kəsiblər. Küçə asfaltlaşdıqdan sonra bir daha həmin mənzillərə gedən borular bərpa olunmayıb. Nəticədə məhəllənin bəzi mənzilləri susuz qalıb.  Rayonun H. Əliyev prospektində bunun şahidi oldum. Yaşlı qadın sözlərinə görə  “İcranın nümayəndəsi” nə bu bararədə bildirmişik. O, bu işə baxılacağını bildirdi. Artıq üstündən 10 günə yaxın vaxt keçir.

 

Təki bu məsələ yayın qızmarına kimi uzanmasın...

24 Mayıs 2012 Perşembe

Genclerle görüş



Quba Rayon Icra Hakimiyyətininn başçısı Mübariz Ağayev Quba rayon Gəncləri ilə görüşmüşdür. Görüş rayonun geniş anket zallarından olan “Quba” sarayında baş tutmuşdur. Tədbiri çıxış sözü ilə açıq élan edən Rayon Gənclər və İdman idarəsinin müdürü Mustafa Nöhbalayev Qubalı gənclərin son dövrlər əldə edilən uğurlarından və nəaliyyətlərindən söz açmış, 2012- ci ilin idman ili élan edilməsi Qubalı gənclər üçün uğurlu hesab edilmişdir.

İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək Qubada gənclərin problemini olduğunu bildirdi. Tədricən onların qismən aradan qaldırılacağını, gənclərlə bağlı hər bir vəziyyətin yarandığında və onun aradan qaldırılmasında var qüvvəsilə əlindən gələcəyini bildirdi. Tezliklə Qubada Azərbaycanda analoqu olmayan 3 mərtəbəli gənclər evinin tikiləcəyini, gənclər üçün parkın salınmasını, bu parkda Qubanın tarixinə, qədim sənətkarlığına, mətbəxinə aid məlumatların olacağı, Qubanın adət-ənənələrini yaşatması və təbliği üçün dərnəklər olacağını bildirdi.

Bundan sonar quba gəncləri öz təkliflərini İcra Başçısı Mübariz Ağayevə bildirdilər. Onlardan ən mühüm Qubada hər il alma bayramının keçirilməsi, “Quba gəncliyi” qezetinin nəşrinin bərpası, rayonda “Fətəli xan” ın abidəsinin ucaldılması və parkının salınması, bu parkda Qubanın digər görkəmli çəxsləri A. A. Bakıxanov, ilk dramaturq qadın Səkinə Axunduzadənin və başqa görkəmli simaların heykəllər qoyulması bəyənilən təkliflərdən oldu.

Tədbir Qubada uğurlu naliyyətlər əldə etmiş idmançı və gənclərin qiymətli hədiyyələrlə təltif olunmsı, intelktual viktorinaların keçirilməsi ilə davam etdi. Tədbirin sonunda çıxış edən M. Ağayev belə görüşlərin hər zaman keçiriləcəyini, bu tədbirlərin daha yaxşı qeyd olunacağını bildirdi.

Rəqsanə Qubada

Qubada B. Səfəroğlu adına mədəniyyət evində “Cağ öyrətim” in Azərbaycandakı fəaliyyətinin 20 - illiyi, Quba Özəl Türk Liseyinin 19-cu  məzun buraxılış gününə həsr olunmuş tədbirdə Azərbaycanın görkəmli müğənniləri, Rəqsanə İsmayılova, Manaf Ağayev. Günel Allahverdiyeva, Maestro Ceyhun, Coşqun Viləş və başqaları məzuniyyət gecəsində iştirak etmək üçün Qubada olublar.  Onlar məzunlara gələcək həyatlarında və təhsilində uğurlar arzulayaraq, onlarla birgə mahnı oxumuş və şəkil şəkdirmişdilər.

Tədbirdə çıxış edən Quba Özəl Türk Liseyinin direktoru Mustafa Alagözoğlu Qubadakı Türk Liseyinin tarixindən və vəziyyətindən danışdı. “Cağ öyrətim” in başkanı Ənvər Özərən Türk liseylərinin, dünyadakı fəaliyyətindən, türk təhsilinin uğurundan məlumat verdi. Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev şagirdlərə təhsilində köməyi olanlara, onları Qubada belə bir məktəb açaıb gənclərin savadlanmasında əlindən gələn köməyi əsirgəmədiyinə görə onları alqışladı.

23 Mayıs 2012 Çarşamba

"Xəmsə" İntelektual oyun


Qubada “Xəmsə” oyun üzrə ilk çempionat keçirilib

Qubada “Xəmsə” Milli İntellektual Oyunu üzrə ilk çempionat baş tutub.

Bu barədə məlumatı “Yurd” Gənclərin Vətənpərvərlik Klubunun sədri Ramin Mahmudov verib.

“Yurd” Gənclərin Vətənpərvərlik Klubunu nəzdində təsis edilmiş “Quba Xəmsə Klubu”nun təşkilatçılığı
və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən və zonada bir ilk olan bu yarışda rayonun
7 komandası 2 yarımqrupda mübarizə aparıb. Yekunda şəhər 5 saylı tam orta məktəbinin “Odlar Yurdu”
komandası çempion adını qazanıb. Müvafiq olaraq ikinci yeri şəhər 1 saylı tam orta məktəbinin “Quba,
3-cü yeri isə rus təmayüllü 3 saylı tam orta məktəbini “Zirvə” komandası tutub.

Tədbirin sonunda qalib və mükafatçılara müvafiq olaraq kubok və medallar, bütün iştirakçılara isə
diplomlar təqdim edilib.

Yarışda açıq zona birinciliyi da baş tutub.

“Xəmsə” üzrə V Azərbaycan çempionatının qalibləri Siyəzənin “Flaqman”, Şabranın “
Çıraqqala” , “Xəmsə” üzrə V Azərbaycan çempionatının zona qalibi Qubanın “Fətəlixan” və “Tələbələr”
komandaları arasında keçirilən açıq birincilikdə Şabran gəncləri qalib gəlib.

Qeyd edək ki, “Xəmsə” Milli İntellektual Oyunu üzrə 2007-ci ildən Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişafı Mərkəzi tərəfindən ardıcıl olaraq respublika
çempionatları təşkil edilir.

Klubdan verilən məlumata görə gələcəkdə belə yarışların müxtəlif təbəqədən olan gənclər arasında da
keçirilməsi nəzərdə tutulub.

21 Mayıs 2012 Pazartesi

Quba tarix-diyarşünaslıq muzeyi


Quba rayonunu  tarixinin   əbədiləşdirilməsindən sonra rayonun  tarixinə maraq bir azda artdı. Rayonun qədim və zəngin tarixinə aid olan əşyaların saxlanıldığı yer rayondakı A. A. Bakıxanov adına Quba rayon tarix- diyarşünaslıq muzeyidir. Muzeye baş çəkməyimizin digər bir səbəbi 18 May- Beynəlxalq Muzeylər günü ilə bağlı araşdırma aparmaq oldu. Muzey haqqında məlumat verən muzeyin direktoru Məryəm Hacıyeva bu muzeyin yerləşdiyi bina təxminən XIX əsrin əvəllərində inşa olunan  Bakıxanovlara aid sahəsi 152 kv m olan  xan həyətinnə məxsus bir  bir bina olduğunu bildirdi. Bina 1943- cü ilin sonlarından muzey kimi fəaliyyət göstərir. Məryəm xanımın dediyinə görə bu muzeyin fəaliyyət göstərdiyi bina  1981- ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycanın Tarixi Abidələr siyahısına daxil olub.  
Muzeydə 10 min 500- ə yaxın eksponat var . Bunlardan ən qədimi Tunc dövrünə gedib çatan tuncdan hazırlanmış qadın bilərziyidir. Muzəydə Xanlıqlar dövrünə aid silahlarlar, qalxan, döyüş baltaları və  yaxın keçmişə aid digər eksponatlar var.  Muzeye verilən son eksponat isə Xınalıq kəndindən gətirilən əl dəyirmanıdır.
M. Hacıyeva muzeyin qəzalı olduğunu bildirdi. “ iki əsrə yaxın yaşı olan muzey qəzalı vəziyyətdədir. Bina bir neçə dəfə təmir olunub. Otaqların bəzi hissələrində yaranmış çatların əmələ gəldiyindən muzey gələn ziyarətçiləri qəbul etməyə tam hazır vəziyyətdə deyil.
 “Muzeyin vəziyyəti haqqında Mədəniyyət və Turizim şöbəsinə məlumat vermişik. Nazirlik tərəfinfən Qubada yeni tarix- diyarşünaslıq muzeyi tikilməsi haqqında qərar verilib. 

Hazırda Qubanın Nizami adına istirahət parkının ərazisində muzey üçün yer ayrılıb. Qısa bir vaxt ərzində ora bizə təhvil verilməlidir. Yeni muzeydə elektotron lövhə də quqrulacaq. Burada Qubanın tarixi haqqında geniş məlumat veriləcək.


15 Mayıs 2012 Salı

Səhnəyə aydınlıq gətirildi.



Quba rayon Icra Hakimiyyətinin  başçısı Mübariz Ağayev meydandakı “Cümə məscidi” nin yanındakı parkda tikilmiş səhnənin sökülməsi məsələsinə aydınlıq gətirdi. “Ora uşaqların əylənməsi üçün bir yerdir. Orada karuseller qoyulacaqdır. Caamatın istəyini nəzərə alaraq sökülmsinə qərar verdik”
Icra başçısı bunu rayonun dindar və ağsaqqalları ilə Qubanın “Cümə məscidində”   görüşündə bildirdi. Rayondakı dini vəziyyətlə maraqlanan Mübariz müəllim rayondakı məscidləri ziyarət etdi. Problemlərlə yerində tanış oldu. Ortaya çıxan məsələlələrə bağlı  məsləhət və tövsiyələrini verdi. “Qubanın din məsələsi göz önündə olmalıdır. Biz dini ibadətlərin keçirilməsində, dindarların kölgədə qalmasına imkan verə bilmərik” deyə bildirdi.
 Rayonun inkişafından söz açan başçı son dövrlər Qubada sürətli  inkişafşafın getdiyini bildirdi. Qubada yerüsütü kecidin tikiləcəyi dinləyicilər üçün gözlənilən bir xəbər oldu. Bunun meydanada Mədəniyyət evinin qarşısında olacağını bildirdi. 

12 Mayıs 2012 Cumartesi

Mədəniyyət və istirahət parkı



Qubada aparılan abadlıq işləri şəhərin görnüşünə öz təsirin göstərir. Rayon İcra Hakimiyyəti tərəfindənən çox önəm verilən yerlərdən biri də  Qubanın meydan ərazisindəki İstirahət parkıdır. Orada musiqili fəvvarə, uşaq əyləncə mərkəzləri, yaşlı insanlar üçün yer, cayçı və orada konsert və əyləncələrin keşirilməsi üçün səhnə yeri tikilib. Bu gün isə (12.05.2012)  həmin səhnə yeri sökülüb. Bunun səbəbi dəqiq bilinməsədə buna bir çox səbəblərin olduğunu bildirdilər. Onlardan ən çox versiya isə səhnənin arxa tərəfi rayonun qədim məscidlərindən olan “Cümə” məscidinin yanına düşməsidir.  Digər bir versiya isə bu məscidin görünməsinə olan maneədir. Orada işləyən fəhlələrdə bu barədə heçnə bilmədiklərini bildirdi.

Amma parkda belə bir səhnənin "öz yeri" olması daha yaxşı olardı.




PS: Bu barədə İnternet sayıtların birində yazı da dərc olunmuşdur.

8 Mayıs 2012 Salı

Şıxəmməd Seyidməmmədov

Quba tarixi zəngin olduğu kimi, onun mədəniyyəti də zəngindir.Oranın görkəmli şəxsiyyələrindən biri də Şeyidməmmədov Şixəmməd Şahkərim oğludur. 60 illik ömrünün 40 ilini gənc nəslin tərbiyəsinə, onun maariflənməsinə sərf edən Şixəmməd Şeyidməmmədov müəllimliyi ömrünün bəzəyi sayır. Şixəmməd müəllim Qubada təkcə  pedaqiji fəaliyyəti ilə deyil, həm də zəngin dünya görüşünə malik ziyalı və fəal ictimaiyyətçi kimi hörmət qazanmışdır. 

O, 1952- ci il fevralın 1- də Quba rayonun Qımıl kəndində anadan olmuşdur. Orta təhsilini 1969- cu ildə doğma kəndində alaraq 1978- il də Bakı dövlət Universitetinin geoloji- coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. Lakin ailənin ehtiyacları üzündən təhsilini qiyabi yolla davam etdirmiş, tələbə vaxtı müəllimlərin sevimlisinə çevirilmişdir. Respublikamızın tanınmış alimləri Hadi Əliyev, Müseyib Müseyibov, İsaməddin Osmanov, Gülsabbah Hacıyeva, Şövqü Göyçayiski, Azərbaycanda Coğrafiya metodikasının banisi sayılan coğrafiya e.n., dosent Məmməd Zülfüqarov, və başqaları ilə birlikdə müştərək elmi,  metodik məqalələləri müxtəlif mətbu orqanlarında dərc edilmişdir. 
Quba Texniki-təmayüllü liseydə dərs zamanı
Pedaqoji fəaliyyətə Xaltan kənd natamam orta məktəbinin Nütəh filialında başlamış, bacarıqlı, işgüzar fəaliyyəti nəticəsində 2 ildən sonra həmin məktəbin müdiri vəzifəsinətəyin olunmuşdur.O, burada valideynlərin yaxın məsləhətçisi, sagirdlərin sevimlisi olmuşdur. Onun təşəbbüsü ilə məktəb tam orta təhsilə keçmişdir.
Işin öhdəsindən layiqincə gələn Şixəmməd müəllimin, 1976- cı ildə RXMŞ- si Kösnətqazma kənd ümumi orta məktəbinə təlim- tərbiyə işləri üzrə direktor müavini təyin edir. O, iki il həmin vəzifədə çalışır. Kollektiv arasındakı nüfuzu onlarla iş aparmaq bacarığı bu dəfə də onu yüksəklərə qaldırır. Beləki, çox keçmir həmin məktəbin direktoru olur. 
Ümumi nizam-intizamın yaxşılaşdırılmasında, təlim keyfiyyətinin təlim keyfiyyətinin yüksəldilməsindəki uğurlarına görə Xaltan məktəbinə rəhbərlik etdiyi illərdə Quba RPK nnın birinci katibi Sadıq Səlimov tərəfindən “Pul mükafatı” na Küsnətqazma kənd ümumi orta məktəbinə rəhbərlik etdiyi illərdə isə həm Quba RPK –nin, həm də Quba RXMŞ- nin fəxri fərmanlarına layiq görülmüşdür. 
Dağlı kənd tam orta məktəbində coğrafiya müəllimi işlədiyi 1982-84 cü illərdə o işgüzar fəaliyyəti ilə yadda qalıb. Burada xarab olub istifadəsiz qalmış texniki vasitələrinin (kinoaparat, “Leti” aparatı, diaproektor) təmir etdirən   Şixəmməd müəllim müxtəlif pultlaşdırılmış xəritələr, vəsaitlər hazırlayıb, ən geniş yaraçıqlı sinif otağının birində zəngin coğrafiya kabeneti yaradıb. Məktəbin həyətyanı sahəsində “Aşıq səma altında coğrafiya laboratoriyası” təşkil edib. 
1984- cü ildən isə Quba RTŞ-nin metodmərkəzində coğrafiya metodisti vəzifəsində işləyir. Bu müddət ərzində də  bacarığı, təşəbbüskar fəaliyyəti, yaradıcılıq qabiliyyəti ilə bir addım öndə olmağa calışmışdır. O, məktəblərdə coğrafiya fənnin tədrisinin yaxşılaşdırılması sahəsində müəllimlərə yaxından köməklik göstərmiş, aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tövsiyələr vermişdir. Həmçinin qabaqcıl coğrafiya müəllimlərinin iş təcrübəsinin öyrənərək ümumiləşdirilmiş, rayon ümumitəhsil məktəblərinin coğrafiya müəllimləri arasında yaymışdır.
Onun uğurları layiqincə dəyərləndirilmiş, Baş müəllim, Azərbaycan Respublikasının təhsil əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Quba rayon İcra Hakimiyyəti və müxtəlif digər təşkilatlar tərəfindən dəfələrlə diplom və fəxri fərmanla təltif edilmişdir. “Ali kateqoriyalı” müəllim olmuşdur.
Təhsil Nazirliyinin 5№-li, 07. 01.1997- ci il protokolu ilə təsdiq edilmiş 
“V sinifdə təbiətşünaslıq, VI-XI siniflərdə coğrafiya proqramlarının planlaşdırılması, metodik vəsaitinin müəllifidir. Həmin vəsaitdən müəllimlər bu gün də faydalanırlar. 

O, 1989- cu ildə səmərəli əmək fəaliyyətinə görə III dərəcəli Əmək şöhrəti ordeni ilə təltif olunmuşdur. 

"Gülüstan" ədəbi-bədii məclisində Azərbaycan yazıçılar birliyinin məsul katibi Şahin Babayev Şixəmməd müəllimə mükafatı təqdim edərkən
Ş. Seyidməmmədov Ali məktəblərə qəbul imtahanların testlə aparılmasını aıqışlayan ilk müəllimlərdən biridir. O, “Coğrafiyadan testlər”, həmçinin 1995- ci ildə “Coğrafiya məsələləri” kitablarını hazırlayıb çap etdirmişdir. Şixəmməd müəllim 10 –ildən çoxdur ki, təməli 1835-ci ildən maarifçi alim A. A. Bakıxanov tərəfindən qoyulmuş “Gülüstan” elmi- ədəbi məclisinə rəhbərlik edir. Bu illər ərzində “Gülüstan inciləri” adı ilə 5, “Pöhrələrin nəğmələri” adı ilə bir almanax işıq üzü görmüş, ölkənin 25 dən çox mətbuu orqanında, o cümlədən Quba , Xaçmaz, Şabran rayonlarının qezetlərindən “Gülüstan”çıların çoxlu ədəbi- bədii nümunələri çap olunmuşdur. “Azərbaycan telefilim” – in Yaradıcılıq İstehsalat Birliyinin ekranlaşdırdığı “Qüdsi” bədii-sənədli filmində bir qurup məclis üzvü ədəbi obraz kimi çəkilmişdir. 
20 –dək kitab və kitabçanın (“Quba şəhidləri”, “Qubanın təbiət abidələri”, “Sözün işığı”, “Ayının günahı”, “Qubalılar” və s. Çoxlu tədris vəsaitinin, 100- dən çox qəzet və jurnal məqaləsinin müəllifi olan Ş. Seyidməmmədov Azərbaycan Jurnalistlər və Yazışılar Birliklərinin üzvüdür.
“Araz” Ali- ədəbi mükafatı laureatıdır.
2003-dən “Tərəqqi” qəzetinin baş redaktoru kimi çalışır. Həmçinin 1986-cı ldən bu günə kimi Rayon Təhsil Şöbəsində metodist, 1998- ci ildən isə Quba Texniki təmayüllü liseyində coğrafiya məllimi işləyir.
Minlərlə şagirdə dərs deyən Ş. Seyidməmmədovun 500-dən çox yetirməsi var ki, 50- dən çoxu sırf coğrafiya ixtisasına yiyələnib. Onun dərs dediyi şagirdlərdən Çin Xalq Respublaksında, Misirdə, Rusiyanın patyaxtı Moskva şəhərində, ABŞ da, qardaş Türkiyədədə təhsil alanlar olub.
Dərs dediyi şagirdlərdən təkcə son 4 ildə bir nəfər 700 bal, 8 nəfəri isə 600 dən çox bal toplamışdır.
1970-72 ci illərdə Almaniyada hərbi xidmətdə olmuşdur. Baş leytenantdır.
Şıxəmməd müəllim özünün etimadını həmişə doğurultub və doğrultmaqda da davam edir. Quba Rayon İcra hakimiyyəti tərəfindən ərsəyə gətirilən Qubanın tarixi haqqında yazılan kitaba bir yazıçı- araşdırmaşı kimi oda komissiyanın  heyətində ona da yer verilib.Şixəmməd müəllim öhdəsinə düşən bu vəzifənin bir vətənpərvər vətəndaş kimi yerinə yetirir.
Bunlarla bərabər ən önəmlisi Şixəmməd müəllimin ailəcanlı olmasıdır. O gözəl atadır, 6 övladı- 3 qızı, 3 oğlu var, Həmçinin 6 nəvə babasıdır. Övladlarının 4 orta ixtisas təhsilli, 2- si ali təhsillidir. Evin son beşiyi Nəsir Seyidməmmədov isə İqtisad Universitetinin IV kursunda “iqtisadiyyatın hüququ tənzimlənməsi” fakültəsində oxuyur.