Quba
rayon Icra Hakimiyyətinin başçısı Mübariz Ağayev meydandakı “Cümə məscidi” nin
yanındakı parkda tikilmiş səhnənin sökülməsi məsələsinə aydınlıq gətirdi. “Ora
uşaqların əylənməsi üçün bir yerdir. Orada karuseller qoyulacaqdır. Caamatın
istəyini nəzərə alaraq sökülmsinə qərar verdik”
Icra
başçısı bunu rayonun dindar və ağsaqqalları ilə Qubanın “Cümə məscidində” görüşündə bildirdi. Rayondakı dini vəziyyətlə
maraqlanan Mübariz müəllim rayondakı məscidləri ziyarət etdi. Problemlərlə
yerində tanış oldu. Ortaya çıxan məsələlələrə bağlı məsləhət və tövsiyələrini verdi. “Qubanın din
məsələsi göz önündə olmalıdır. Biz dini ibadətlərin keçirilməsində,
dindarların kölgədə qalmasına imkan verə bilmərik” deyə bildirdi.
Rayonun inkişafından söz açan başçı son
dövrlər Qubada sürətli inkişafşafın
getdiyini bildirdi. Qubada yerüsütü kecidin tikiləcəyi dinləyicilər üçün gözlənilən bir xəbər oldu. Bunun meydanada Mədəniyyət evinin
qarşısında olacağını bildirdi.
Hiç yorum yok:
Yorum Gönder