Məhəllənin su problemi
Qubada quruculuq işləri bəzi məhəllələrdə problem yaradıb. Bu rayonun M. Əsədov və H. Əliyev prospektinin kəsişməsində baş verib.Yola asfalt döşənməsi üçün yolu qazıyıb, evlərə daxil olan su borularını kəsiblər. Küçə asfaltlaşdıqdan sonra bir daha həmin mənzillərə gedən borular bərpa olunmayıb. Nəticədə məhəllənin bəzi mənzilləri susuz qalıb. Rayonun H. Əliyev prospektində bunun şahidi oldum. Yaşlı qadın sözlərinə görə “İcranın nümayəndəsi” nə bu bararədə bildirmişik. O, bu işə baxılacağını bildirdi. Artıq üstündən 10 günə yaxın vaxt keçir.
Təki bu məsələ yayın qızmarına kimi uzanmasın...
Hiç yorum yok:
Yorum Gönder