Etiketler

21 Mayıs 2012 Pazartesi

Quba tarix-diyarşünaslıq muzeyi


Quba rayonunu  tarixinin   əbədiləşdirilməsindən sonra rayonun  tarixinə maraq bir azda artdı. Rayonun qədim və zəngin tarixinə aid olan əşyaların saxlanıldığı yer rayondakı A. A. Bakıxanov adına Quba rayon tarix- diyarşünaslıq muzeyidir. Muzeye baş çəkməyimizin digər bir səbəbi 18 May- Beynəlxalq Muzeylər günü ilə bağlı araşdırma aparmaq oldu. Muzey haqqında məlumat verən muzeyin direktoru Məryəm Hacıyeva bu muzeyin yerləşdiyi bina təxminən XIX əsrin əvəllərində inşa olunan  Bakıxanovlara aid sahəsi 152 kv m olan  xan həyətinnə məxsus bir  bir bina olduğunu bildirdi. Bina 1943- cü ilin sonlarından muzey kimi fəaliyyət göstərir. Məryəm xanımın dediyinə görə bu muzeyin fəaliyyət göstərdiyi bina  1981- ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycanın Tarixi Abidələr siyahısına daxil olub.  
Muzeydə 10 min 500- ə yaxın eksponat var . Bunlardan ən qədimi Tunc dövrünə gedib çatan tuncdan hazırlanmış qadın bilərziyidir. Muzəydə Xanlıqlar dövrünə aid silahlarlar, qalxan, döyüş baltaları və  yaxın keçmişə aid digər eksponatlar var.  Muzeye verilən son eksponat isə Xınalıq kəndindən gətirilən əl dəyirmanıdır.
M. Hacıyeva muzeyin qəzalı olduğunu bildirdi. “ iki əsrə yaxın yaşı olan muzey qəzalı vəziyyətdədir. Bina bir neçə dəfə təmir olunub. Otaqların bəzi hissələrində yaranmış çatların əmələ gəldiyindən muzey gələn ziyarətçiləri qəbul etməyə tam hazır vəziyyətdə deyil.
 “Muzeyin vəziyyəti haqqında Mədəniyyət və Turizim şöbəsinə məlumat vermişik. Nazirlik tərəfinfən Qubada yeni tarix- diyarşünaslıq muzeyi tikilməsi haqqında qərar verilib. 

Hazırda Qubanın Nizami adına istirahət parkının ərazisində muzey üçün yer ayrılıb. Qısa bir vaxt ərzində ora bizə təhvil verilməlidir. Yeni muzeydə elektotron lövhə də quqrulacaq. Burada Qubanın tarixi haqqında geniş məlumat veriləcək.


Hiç yorum yok:

Yorum Gönder