Etiketler

12 Mayıs 2012 Cumartesi

Mədəniyyət və istirahət parkı



Qubada aparılan abadlıq işləri şəhərin görnüşünə öz təsirin göstərir. Rayon İcra Hakimiyyəti tərəfindənən çox önəm verilən yerlərdən biri də  Qubanın meydan ərazisindəki İstirahət parkıdır. Orada musiqili fəvvarə, uşaq əyləncə mərkəzləri, yaşlı insanlar üçün yer, cayçı və orada konsert və əyləncələrin keşirilməsi üçün səhnə yeri tikilib. Bu gün isə (12.05.2012)  həmin səhnə yeri sökülüb. Bunun səbəbi dəqiq bilinməsədə buna bir çox səbəblərin olduğunu bildirdilər. Onlardan ən çox versiya isə səhnənin arxa tərəfi rayonun qədim məscidlərindən olan “Cümə” məscidinin yanına düşməsidir.  Digər bir versiya isə bu məscidin görünməsinə olan maneədir. Orada işləyən fəhlələrdə bu barədə heçnə bilmədiklərini bildirdi.

Amma parkda belə bir səhnənin "öz yeri" olması daha yaxşı olardı.




PS: Bu barədə İnternet sayıtların birində yazı da dərc olunmuşdur.

Hiç yorum yok:

Yorum Gönder