Qubada “Xəmsə” oyun üzrə ilk çempionat keçirilib
Qubada “Xəmsə” Milli İntellektual Oyunu üzrə ilk çempionat baş tutub.
Bu barədə məlumatı “Yurd” Gənclərin
Vətənpərvərlik Klubunun sədri Ramin Mahmudov verib.
“Yurd” Gənclərin Vətənpərvərlik Klubunu nəzdində təsis edilmiş “Quba Xəmsə Klubu”nun təşkilatçılığı
və
Quba rayon Gənclər və İdman İdarəsinin
dəstəyi ilə
keçirilən və zonada bir ilk olan bu yarışda rayonun
7 komandası 2 yarımqrupda mübarizə aparıb. Yekunda şəhər 5 saylı tam orta məktəbinin
“Odlar Yurdu”
komandası çempion adını qazanıb. Müvafiq olaraq ikinci yeri şəhər 1 saylı tam orta məktəbinin
“Quba,
3-cü yeri isə
rus təmayüllü 3 saylı tam orta məktəbini “Zirvə”
komandası tutub.
Tədbirin
sonunda qalib və
mükafatçılara müvafiq olaraq kubok və medallar, bütün iştirakçılara isə
diplomlar təqdim edilib.
Yarışda açıq
zona birinciliyi da baş tutub.
“Xəmsə” üzrə V
Azərbaycan çempionatının qalibləri Siyəzənin
“Flaqman”, Şabranın “
Çıraqqala” ,
“Xəmsə” üzrə V
Azərbaycan çempionatının zona qalibi Qubanın
“Fətəlixan” və
“Tələbələr”
komandaları
arasında keçirilən açıq
birincilikdə Şabran gəncləri qalib gəlib.
Qeyd edək ki, “Xəmsə”
Milli İntellektual Oyunu üzrə
2007-ci ildən Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi və Gənclərin
İntellektual İnkişafı Mərkəzi tərəfindən ardıcıl olaraq respublika
çempionatları
təşkil edilir.
Klubdan verilən məlumata görə gələcəkdə belə yarışların müxtəlif təbəqədən
olan gənclər arasında da
keçirilməsi
nəzərdə
tutulub.
Hiç yorum yok:
Yorum Gönder