Quba tarixi zəngin olduğu kimi, onun mədəniyyəti də
zəngindir.Oranın görkəmli şəxsiyyələrindən biri də Şeyidməmmədov Şixəmməd Şahkərim oğludur. 60 illik ömrünün 40 ilini gənc nəslin tərbiyəsinə, onun maariflənməsinə sərf edən
Şixəmməd Şeyidməmmədov müəllimliyi ömrünün bəzəyi sayır. Şixəmməd müəllim
Qubada təkcə pedaqiji fəaliyyəti ilə
deyil, həm də zəngin dünya görüşünə malik ziyalı və fəal ictimaiyyətçi kimi
hörmət qazanmışdır.
O, 1952- ci il fevralın 1- də Quba rayonun Qımıl
kəndində anadan olmuşdur. Orta təhsilini 1969- cu ildə doğma kəndində alaraq
1978- il də Bakı dövlət Universitetinin geoloji- coğrafiya fakültəsinin
coğrafiya şöbəsinə daxil olmuşdur. Lakin ailənin ehtiyacları üzündən təhsilini
qiyabi yolla davam etdirmiş, tələbə vaxtı müəllimlərin sevimlisinə çevirilmişdir.
Respublikamızın tanınmış alimləri Hadi Əliyev, Müseyib Müseyibov, İsaməddin
Osmanov, Gülsabbah Hacıyeva, Şövqü Göyçayiski, Azərbaycanda Coğrafiya
metodikasının banisi sayılan coğrafiya e.n., dosent Məmməd Zülfüqarov, və
başqaları ilə birlikdə müştərək elmi, metodik məqalələləri müxtəlif mətbu
orqanlarında dərc edilmişdir.
Quba Texniki-təmayüllü liseydə dərs zamanı |
Pedaqoji fəaliyyətə Xaltan kənd natamam orta
məktəbinin Nütəh filialında başlamış, bacarıqlı, işgüzar fəaliyyəti nəticəsində
2 ildən sonra həmin məktəbin müdiri vəzifəsinətəyin olunmuşdur.O, burada
valideynlərin yaxın məsləhətçisi, sagirdlərin sevimlisi olmuşdur. Onun
təşəbbüsü ilə məktəb tam orta təhsilə keçmişdir.
Işin öhdəsindən layiqincə gələn Şixəmməd müəllimin,
1976- cı ildə RXMŞ- si Kösnətqazma kənd ümumi orta məktəbinə təlim- tərbiyə
işləri üzrə direktor müavini təyin edir. O, iki il həmin vəzifədə çalışır.
Kollektiv arasındakı nüfuzu onlarla iş aparmaq bacarığı bu dəfə də onu
yüksəklərə qaldırır. Beləki, çox keçmir həmin məktəbin direktoru olur.
Ümumi nizam-intizamın yaxşılaşdırılmasında, təlim
keyfiyyətinin təlim keyfiyyətinin yüksəldilməsindəki uğurlarına görə Xaltan
məktəbinə rəhbərlik etdiyi illərdə Quba RPK nnın birinci katibi Sadıq Səlimov
tərəfindən “Pul mükafatı” na Küsnətqazma kənd ümumi orta məktəbinə rəhbərlik etdiyi
illərdə isə həm Quba RPK –nin, həm də Quba RXMŞ- nin fəxri fərmanlarına layiq
görülmüşdür.
Dağlı kənd tam orta məktəbində coğrafiya müəllimi
işlədiyi 1982-84 cü illərdə o işgüzar fəaliyyəti ilə yadda qalıb. Burada xarab
olub istifadəsiz qalmış texniki vasitələrinin (kinoaparat, “Leti” aparatı,
diaproektor) təmir etdirən Şixəmməd müəllim müxtəlif pultlaşdırılmış
xəritələr, vəsaitlər hazırlayıb, ən geniş yaraçıqlı sinif otağının birində
zəngin coğrafiya kabeneti yaradıb. Məktəbin həyətyanı sahəsində “Aşıq səma
altında coğrafiya laboratoriyası” təşkil edib.
1984- cü ildən isə Quba RTŞ-nin metodmərkəzində
coğrafiya metodisti vəzifəsində işləyir. Bu müddət ərzində də bacarığı, təşəbbüskar fəaliyyəti, yaradıcılıq
qabiliyyəti ilə bir addım öndə olmağa calışmışdır. O, məktəblərdə coğrafiya
fənnin tədrisinin yaxşılaşdırılması sahəsində müəllimlərə yaxından köməklik
göstərmiş, aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tövsiyələr vermişdir.
Həmçinin qabaqcıl coğrafiya müəllimlərinin iş təcrübəsinin öyrənərək
ümumiləşdirilmiş, rayon ümumitəhsil məktəblərinin coğrafiya müəllimləri
arasında yaymışdır.
Onun uğurları layiqincə dəyərləndirilmiş, Baş
müəllim, Azərbaycan Respublikasının təhsil əlaçısı adlarına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Quba rayon İcra Hakimiyyəti və
müxtəlif digər təşkilatlar tərəfindən dəfələrlə diplom və fəxri fərmanla təltif
edilmişdir. “Ali kateqoriyalı” müəllim olmuşdur.
Təhsil Nazirliyinin 5№-li,
07. 01.1997- ci il protokolu ilə təsdiq edilmiş
“V sinifdə təbiətşünaslıq, VI-XI siniflərdə
coğrafiya proqramlarının planlaşdırılması, metodik vəsaitinin müəllifidir.
Həmin vəsaitdən müəllimlər bu gün də faydalanırlar.
O, 1989- cu ildə səmərəli əmək fəaliyyətinə görə
III dərəcəli Əmək şöhrəti ordeni ilə təltif olunmuşdur.
"Gülüstan" ədəbi-bədii məclisində Azərbaycan yazıçılar birliyinin məsul katibi Şahin Babayev Şixəmməd müəllimə mükafatı təqdim edərkən |
Ş. Seyidməmmədov Ali məktəblərə qəbul imtahanların
testlə aparılmasını aıqışlayan ilk müəllimlərdən biridir. O, “Coğrafiyadan
testlər”, həmçinin 1995- ci ildə “Coğrafiya məsələləri” kitablarını hazırlayıb
çap etdirmişdir. Şixəmməd müəllim 10 –ildən çoxdur ki, təməli 1835-ci ildən
maarifçi alim A. A. Bakıxanov tərəfindən qoyulmuş “Gülüstan” elmi- ədəbi
məclisinə rəhbərlik edir. Bu illər ərzində “Gülüstan inciləri” adı ilə 5,
“Pöhrələrin nəğmələri” adı ilə bir almanax işıq üzü görmüş, ölkənin 25 dən çox
mətbuu orqanında, o cümlədən Quba , Xaçmaz, Şabran rayonlarının qezetlərindən
“Gülüstan”çıların çoxlu ədəbi- bədii nümunələri çap olunmuşdur. “Azərbaycan
telefilim” – in Yaradıcılıq İstehsalat Birliyinin ekranlaşdırdığı “Qüdsi”
bədii-sənədli filmində bir qurup məclis üzvü ədəbi obraz kimi çəkilmişdir.
20 –dək kitab və kitabçanın (“Quba şəhidləri”,
“Qubanın təbiət abidələri”, “Sözün işığı”, “Ayının günahı”, “Qubalılar” və s.
Çoxlu tədris vəsaitinin, 100- dən çox qəzet və jurnal məqaləsinin müəllifi olan
Ş. Seyidməmmədov Azərbaycan Jurnalistlər və Yazışılar Birliklərinin üzvüdür.
“Araz” Ali- ədəbi mükafatı laureatıdır.
2003-dən “Tərəqqi” qəzetinin baş redaktoru kimi
çalışır. Həmçinin 1986-cı ldən bu günə kimi Rayon Təhsil Şöbəsində metodist,
1998- ci ildən isə Quba Texniki təmayüllü liseyində coğrafiya məllimi işləyir.
Minlərlə şagirdə dərs deyən Ş. Seyidməmmədovun
500-dən çox yetirməsi var ki, 50- dən çoxu sırf coğrafiya ixtisasına yiyələnib.
Onun dərs dediyi şagirdlərdən Çin Xalq Respublaksında, Misirdə, Rusiyanın
patyaxtı Moskva şəhərində, ABŞ da, qardaş Türkiyədədə təhsil alanlar olub.
Dərs dediyi şagirdlərdən təkcə son 4 ildə bir nəfər
700 bal, 8 nəfəri isə 600 dən çox bal toplamışdır.
1970-72 ci illərdə Almaniyada hərbi xidmətdə
olmuşdur. Baş leytenantdır.
Şıxəmməd müəllim özünün etimadını həmişə doğurultub
və doğrultmaqda da davam edir. Quba Rayon İcra hakimiyyəti tərəfindən ərsəyə
gətirilən Qubanın tarixi haqqında yazılan kitaba bir yazıçı- araşdırmaşı kimi oda
komissiyanın heyətində ona da yer verilib.Şixəmməd müəllim öhdəsinə düşən bu vəzifənin bir
vətənpərvər vətəndaş kimi yerinə yetirir.
Bunlarla bərabər ən önəmlisi Şixəmməd müəllimin
ailəcanlı olmasıdır. O gözəl atadır, 6 övladı- 3 qızı, 3 oğlu var, Həmçinin 6
nəvə babasıdır. Övladlarının 4 orta ixtisas təhsilli, 2- si ali təhsillidir.
Evin son beşiyi Nəsir Seyidməmmədov isə İqtisad Universitetinin IV kursunda
“iqtisadiyyatın hüququ tənzimlənməsi” fakültəsində oxuyur.
Hiç yorum yok:
Yorum Gönder