Qəflə ziyarətgahı Qusar rayonun şimal- şərq hissəsində rayon mərkəzindən 18 km aralıqda yerləşir. Qəflə ziyarətgahına getməyin qohumlarımızdan birinin təşəbbüsü ilə baş tutdu. Bu ziyarətgaha ilk gəlişim hələ uşaq vaxtı olmuşdur. Təxminən 25 illik fasilədən sonra yenədə bu ziyarətgahda hecnə dəyişməmişdir. Yenə insan axını, yenə də müxtəlif seriya nömrəli avtomobillər. Dəyişən isə ziyarətgaha sonradan edilən əlavə tikililər idi. Ziyarətgaha ilk dəfələrdə gedəndə bizə bildirmişdilər ki, Qəflə “qafilə” sözündədir. Qafilə ərəbcədən karvan deməkdir. Deyilənlərə görə Ərəbistan yarımadasından gələn İslam müctəhidləri karvanlarını burada saxlayıb, müəyyən vaxta qədər burada məskən salmışdır. Bu ərazilərdə onların ocaq yerləri, və qəbir daşlarıda durmaqdadır.
27 Haziran 2013 Perşembe
QƏFLƏ ZİYARƏTGAHI

26 Haziran 2013 Çarşamba
AKK-nın Xanagah turu
Quba rayununda yaradılan fıal ənclərdən ibarət Azad Könüllülər Klubu tərtib edilmiş plana uyğun olaraq Qubanın tarixi və turizim imkanlarını təqdim və təbliğ etməkdə davam edirlər. Bu dəfə onlar Quba rayonunda 25 km aralıqda yerleşen Xanagah gəndinə tur təşkil etmişdilər. Tura Bakı şəhərindən olan dostumuz Nurlan da qoşulmuşdur. 5 saat davam edən səfər turu maraqlı anlarla yadaşlarda həkk olundu. Məşhur Damcılı Şəlalə bu dəfə tam sulu idi.
24 Haziran 2013 Pazartesi
ELGİZİN AXŞAMLARI
Insana həftədə 7 gün işləyib bir gün istirahət
verilib. Verilən bir gün istirahət ondan ötəridir ki, insan o gün dincəlməli,
növbəti həftənin iş gününə yüksək əhval-ruhiyyədə başlamalıdırlar. Həftənin bir günü
evdə olan insanın dincəlməsi üçün televiziyaya baxmaq ən münasib üsuldur desəm yanılmaram. Bunun
üçündə mavi ekranlarda ağıllı-başlı verlişlərin olması ən vacib və ən əsas məsələdir.
Evimizdə peyk antenası olmadığı üçün yalnız öz kanallarımıza baxmalı oluruq. Mənə elə gəlir ki, bizim kimi “krosna” antenası olmayanların əksəriyyətinin ən çox seyr etdiyi kanal ANS-dir. Telekanallarda tamaşaçıların dili ilə desək “ən bayağı” verlişlər olan gün elə bazar günüdür. Bunların arasında “bayağı” lığına görə ad çıxarımış tele- şoulardan biri bazar günü axşam saat 22-00 da efirə gedən “Elgizli axşamlar” dır.

22 Haziran 2013 Cumartesi
KÜÇƏ İŞIQLARI
Bu dəfə
küçə işıqlarından yazacam. Şəhərlərdə bəzən gecələr sönüb, gündüzlər yanan küçə
işıqlarından yox, və yaxudda “Fanarları
sınmış küçələr” filimindən yox, bir azda uzağa kedərək kənd yerindən yazacam.
Kəndlərdəki küçə işıqlarından.
Axşamlar şəhərlər yolların, küçələrin, parkların işıqları ilə bir az işıqlanır. Insanlar rahat yeriyə bilirlər.
Axşamlar şəhərlər yolların, küçələrin, parkların işıqları ilə bir az işıqlanır. Insanlar rahat yeriyə bilirlər.
Amma kəndlərdə belə deyil.
15 Haziran 2013 Cumartesi
HİND FİLİMLƏRİ
Bu dəfə sizlərə hind
filimlərindən danışacağam. Axırı xoş sonluqla bitən, sujet xətti məhəbbətdən olan hind filimləri. Uşaq vaxtı
olanda hind filimlərinə daha çox həvəsimiz vardı. O dövr üçün ən maraqlı
filimlərdə hind filimləri idi. O zaman kinoklublarda indiki kimi xarici, əsasən
ABŞ istehsalı olan filimlər çox az tapılırdı. Bizə ən çox nümayiş olunan
filimlər keçmiş SSRİ- nin istehsalı olan rus filimləri, birdə çox az-az gələn
Azərbaycan filimləri olurdu.
13 Haziran 2013 Perşembe
AKK-nun rəhbəri mükafatlandı.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Nurlu Sabah Uşaq Gənclər Təşkilatının reallaşdırdığı layihə Quba və Qusar rayonlarında uğurla davam edir.
May ayında elan olunan esse və əl işlərindən ibarət müsabiqələrə yekun vurulmuşdur. Təşkilata müraciət edən gənclərin yazıları və rəsm əsərləri münsiflər heyəti tərəfindən yoxlanılmış və iki esse yazısı və səkkiz rəsm əsəri qalib elan olunmuşdur.
Quba Uşaq İncəsənət məktəbində təşkil olunmuş sərgidə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, məktəbin direktoru Mirkazım Cəfərov, müəllim və şagirdlər, rayon gəncləri və Nurlu Sabah Uşaq Gənclər Təşkilatının sədri Ramin Xudayev, fəal üzv və könüllüləri iştirak etmişlər.
Təşkilatın rəhbəri Ramin Xudayev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Gələcək naminə sağlam olaq” adlı layihə haqqında iştirakçılara məlumat verdi.
Sərgidə əl işləri üzrə qalib gələn gənclər iştirakçılara öz əl işlərinin mənalarını açıqladılar. Sonda müsaqibənin fəallarına diplom və fəxri fərmanlar verildi. Qubada fəaliyyət göstərən Azad Könüllülər Klubunun rəhbəri Mehman Məmmədov ən yaxşı esse yazısına görəI yeri tutaraq diplomla mükafatlandı.
10 Haziran 2013 Pazartesi
XƏTDƏ OL
Bakı şəhərində
"Xətdə" Sosial Şəbəkə Akademiyası nın növbəti təlimində “Sosial şəbəkəklərdə Yeni texnalogiyalar”
mövzusuna aid təlim keçirilmiçdir.
Təlimdə iştirak edən Mediya və PR sahəsində
fəaliyyət göstərən gənclərə Facebook, Tvitter, You Tube və Bloggerlik və bu
kimi sosial şəbəkələrdə baş verən son dəyişikliklər və yeni qaydalar haqqında
ətraflı məlumat verilmişdir. Təlimlər “Xətdə" Sosial Şəbəkə Akademiyasının
gənc müəllim və təlimçiləri tərəfindən yüksək səviyyədə aparılmışdır. Təlimin
sonunda təlim iştirakçılarına “Xətdə” S.S.A haqqında olan CD kompakt disklər
paylanılmışdır.
Təlimdə Quba
rayonunda fəaliyyət göstərən Azad Könüllülər İctimai Birliyinin Elm və Təhsil
rəhbəri Mehman Fərmanovda iştirak etmişdir.
“Xətdə” S.S.A haqqında məlumat verən Akademiyanın
meneceri Elnaz xanım Səfərli bildirdi ki, bu Akademiya Prezedentimiz Cənab İlham
Əliyevin 2013 il İKT ili elan oldunması ilə əlaqədar olaraq Gənclərin bununla
bağlı daha yaxşı maariflənməsi xüsusunda verilən qərarından sonra Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər
Təşkilatı Milli Şurası tərəfindən yaradılıb.
5 Haziran 2013 Çarşamba
QONŞU HAQQI
Bu yaxınlarda Tele-kanalların birində iki qonşunun ev üstündə düşən mübahisəsinin şahidi oldum. Qonşuların mübahisəsinə səbəbi varlı qonşu kasıb qonşunun (bundan sonra qonşuları belə adlandıracam) evinin yanında hündür villa tikməsi kasıb qonşunun narahat etməkdən başqa onu eyni zamanda günəş işığından məhrum edirdi.
Məsələnin ikinci bir tərəfi də varlı qonşu öz villasını təhlükəsizlik qaydalarına zidd olaraq, kasıb qonşunun evinə daha yaxın məsafədə inşa etməsidir. Burda iki müxtəlif məsələ qonşular arasında dava salıb. Bir ev tikir, biri isə gün işığına həsrətdir.
Kaydol:
Kayıtlar (Atom)