Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Nurlu Sabah Uşaq Gənclər Təşkilatının reallaşdırdığı layihə Quba və Qusar rayonlarında uğurla davam edir.
May ayında elan olunan esse və əl işlərindən ibarət müsabiqələrə yekun vurulmuşdur. Təşkilata müraciət edən gənclərin yazıları və rəsm əsərləri münsiflər heyəti tərəfindən yoxlanılmış və iki esse yazısı və səkkiz rəsm əsəri qalib elan olunmuşdur.
Quba Uşaq İncəsənət məktəbində təşkil olunmuş sərgidə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, məktəbin direktoru Mirkazım Cəfərov, müəllim və şagirdlər, rayon gəncləri və Nurlu Sabah Uşaq Gənclər Təşkilatının sədri Ramin Xudayev, fəal üzv və könüllüləri iştirak etmişlər.
Təşkilatın rəhbəri Ramin Xudayev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Gələcək naminə sağlam olaq” adlı layihə haqqında iştirakçılara məlumat verdi.
Sərgidə əl işləri üzrə qalib gələn gənclər iştirakçılara öz əl işlərinin mənalarını açıqladılar. Sonda müsaqibənin fəallarına diplom və fəxri fərmanlar verildi. Qubada fəaliyyət göstərən Azad Könüllülər Klubunun rəhbəri Mehman Məmmədov ən yaxşı esse yazısına görəI yeri tutaraq diplomla mükafatlandı.
Hiç yorum yok:
Yorum Gönder