Bu yaxınlarda Tele-kanalların birində iki qonşunun ev üstündə düşən mübahisəsinin şahidi oldum. Qonşuların mübahisəsinə səbəbi varlı qonşu kasıb qonşunun (bundan sonra qonşuları belə adlandıracam) evinin yanında hündür villa tikməsi kasıb qonşunun narahat etməkdən başqa onu eyni zamanda günəş işığından məhrum edirdi.
Məsələnin ikinci bir tərəfi də varlı qonşu öz villasını təhlükəsizlik qaydalarına zidd olaraq, kasıb qonşunun evinə daha yaxın məsafədə inşa etməsidir. Burda iki müxtəlif məsələ qonşular arasında dava salıb. Bir ev tikir, biri isə gün işığına həsrətdir.
Məsələyə rayonun adiyyatı qurumlarından bildirdilər ki, qonşuların mübahisəsi boş şeydir. Varlının ev tikmək üçün verilmiş sənədləri "tam qaydasındadır".
Arada pozulan isə qonşu haqqı idi.
Fransada baş vermiş bir oxşar hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Fransanın adını bilmədiyim dağlıq əyalətinə yeni köçüb gəlmiş bir imkanlı adam özünə ev tikdirir. Bu ev adi fransalı bir vətndaşın evinin qarşısında olur. Varlı adam evinin damına tüstünün rahat çıxması üçün baca (turba) qoyur. Bu baca qoyulduqda sadə fransalının eyvanıdan dənizə baxmasında mane əmələ gəlir. Fransalı bu bacanın götürülməsin iradla tələb edir. Amma varlı buna əhəmiyyət vermir. İş uzanaraq Fransa şəhər məhkəməsinə qədər çatır. Məhkəmə hakimləri bu iş haqqında qərar verməyə çətinlik çəkirlər. Bu işi həll etmək üçün kilsəyə müraciət edirlər. Kilsənin çıxardığı qərar da önəmli olmur. Nəhayət şəhərin müsəlman icmasına müraciət edirlər. Məscid imamının Qonşu haqlarını əsas götürüb qərar verir ki, qonşunun qoyduğu tüstü bacası ləğv olunmalıdır...İslam aləmində Qonşu haqlarına hörmət olunmalıdır. İmam onlara bir insanın haqqına girməyin böyük günah olduğunu izah edir.
İslam ölkəsi olan Azərbaycanda gör nə qədər qonşu haqları pozulub. İnsanların yaşadığı məhəllələrə göydələnlərin kölgəsindən gün düşmür. Evlər gün işığından məhrum olub.
Uşaq vaxtı Bakının Əhmədli qəsəbəsində olanda dənizi tam seyr edirdik. İndi isə o ərazilər hündür hasarlarla əhatəyə alınıb. Hasarın o tərəfi isə iri göydələn binalarla dənizin ətrafını tam tutub. İsalm ölkəsi olan Azərbaycanda nəinki qonşu heç insan haqlarına o qədərdə dəyər verilmir.
Qonşu haqqını bilməsək də hec olmasa Qul haqqını bilək!
Gözəl qonşuluq təkcə qonşuya əziyyət verməmək deyil, gözəl qonşuluq eyni zamanda qonşunun əziyyətlərinə səbir etməyi bacarmaqdır...(Hədisi-Şərif).. (www.milli.az)
Hiç yorum yok:
Yorum Gönder