Etiketler

15 Haziran 2013 Cumartesi

HİND FİLİMLƏRİ


 Bu dəfə sizlərə hind filimlərindən danışacağam. Axırı xoş sonluqla bitən, sujet xətti  məhəbbətdən olan hind filimləri. Uşaq vaxtı olanda hind filimlərinə daha çox həvəsimiz vardı. O dövr üçün ən maraqlı filimlərdə hind filimləri idi. O zaman kinoklublarda indiki kimi xarici, əsasən ABŞ istehsalı olan filimlər çox az tapılırdı. Bizə ən çox nümayiş olunan filimlər keçmiş SSRİ- nin istehsalı olan rus filimləri, birdə çox az-az gələn Azərbaycan filimləri olurdu.


Hind filimləri tez-tez olsada ondan bezmirdik, hər dəfə maraqla onu izləməyə gedirdik. 90- cı illərin sonralarından sonra kino məkanın artıq yavaş-yavaş digər ölkələrin istehsalı olan filimlər tutmağa başladı.

 Müstəqilliyimizi əldə etdikdən sonra ssenarisi ən çox 1941- 45 ci illərə aid olan rus filimləri də elə o müharibə kimi getgedə tarixı qovuşdu. 

 Filimləri seyr etdiyimiz klub kəndimizin əvvəlki məscid binası olub. Camaat bunun fərqinə varmadan bütpərəstliyin açıq aşkar təbliğ etdiyi hind filimlərini maraqla seyr edirdilər. Belə başa düşdüm ki, başımızın ağası olan Rusiya imperiyası məscidlərimizi çevirmiş, Allaha yaxın bir məkanda xristian dünyasının türk demişkən “sunduğu” şirkin növü olan buddanı bizə təlqin edirdi.


Tarixi bir az xatırlayaq. 
Hindistan 2 əsrə yaxın Böyük Birtaniyanın müstəmləkəsi olub. II Dünya savaşından sonra Böyük Birtaniya maddi vəziyyətlərinin aşağı düşməsi və müəyyən siyasi məsələlərə görə Hindistanı dominunluğundan çıxarıb. Bundan sonra ölkədə müsəlman və hindular arasında müharibələr baş verdi.
  Bu müharibə ölkənin qərb və şərq olmaqla iki hissəyə ayrılmasıyla ilə başa çatdı. Ölkənin qərbində əhalisin 90%- i müsəlmanlardan olan Pakistan dövləti yarandı. Pakistan İslam dövləti olsada Hindistan kimi geniş mədəniyyətə, yüksək incəsənətə nail ola bilmədi. Nəticədə İslamdan uzaq mədəniyyət İslam üzrinə yeridi.

Nə qədər də olsa hind filimləri orta və yaşlı nəslin qəlbində sönməz iz buraxıb.




Hiç yorum yok:

Yorum Gönder