Qəflə ziyarətgahı Qusar rayonun şimal- şərq hissəsində rayon mərkəzindən 18 km aralıqda yerləşir. Qəflə ziyarətgahına getməyin qohumlarımızdan birinin təşəbbüsü ilə baş tutdu. Bu ziyarətgaha ilk gəlişim hələ uşaq vaxtı olmuşdur. Təxminən 25 illik fasilədən sonra yenədə bu ziyarətgahda hecnə dəyişməmişdir. Yenə insan axını, yenə də müxtəlif seriya nömrəli avtomobillər. Dəyişən isə ziyarətgaha sonradan edilən əlavə tikililər idi. Ziyarətgaha ilk dəfələrdə gedəndə bizə bildirmişdilər ki, Qəflə “qafilə” sözündədir. Qafilə ərəbcədən karvan deməkdir. Deyilənlərə görə Ərəbistan yarımadasından gələn İslam müctəhidləri karvanlarını burada saxlayıb, müəyyən vaxta qədər burada məskən salmışdır. Bu ərazilərdə onların ocaq yerləri, və qəbir daşlarıda durmaqdadır.
Bu ziyarətgahın funksiyası insanlarda əmələ gəlmiş qorxu hissini yox etmək üçün nəzərdə tutulurdu.
Ziyarətgaha
yaxınlaşdıqda bizi ilk qarşılayan dilənçilər oldu. Bu mərhələni “uğurla”
keçdikdən sonra pirin əsas tikilisinə yaxınlaşdıq. Ümumiyyətlə ziyarətgahların
müqəddəs hesab etdiyi insanların qəbirləri xüsusi tikilmiş türbələrdən olurdu.
Burada isə Müqəddəs- in uyuduğu yer dəmir
barmaqlıqlarla əhatəyə alınmışdır.
Ziyarətə gələnlər burada nəinki otura, hətta
yata bilərdilər. Dincəlib yuxularını almaq üçün yox, uzunmüddətli qalmaqla
mənəvi müalicə tapırdılar. Bu pirə gələn zəvvarların öz inamı idi.
Ziyarətgah istirahət
düşərgəsini xatırladırdı. Bura gələn zəvvarlar nə imkanları var hamısını
sərgiləmişdi. Kabab çəkən kim, dolma bükən kim, dovğa qarışdırandan başqa
samovar çaıyının qaynamasını da gözləyənlər var idi.
Bir şeydə qeyd edim
ki, bu nemətlər hamısı pirin ətrafında 3 dəfə dövrə vurub, tütyə dediyimiz
sudan içdikdən sonra hazırlanırdı. Bununla elə bil ki, pirin bərəkəti, rəhməti
nemətlərə hopmuş olurdu.
Ziyarətgahın özünə məxsus bir məqamıda vardır ki, buda üzə su sıçratmaq idi. Qəflətən edilən bu prosesdə “xəstə” özündən ixtiyarsız diksinsə daxilində gizlənmiş qorxu hissndən azad olmuş sayılırdı. Onu da deyim ki, ziyarətgahın adını Qəflə olması onun “qəflətən” sözünə yaxın olduğu üçün belə adlandırıldığını da deyənlər oldu.
Ziyarətgahın özünə məxsus bir məqamıda vardır ki, buda üzə su sıçratmaq idi. Qəflətən edilən bu prosesdə “xəstə” özündən ixtiyarsız diksinsə daxilində gizlənmiş qorxu hissndən azad olmuş sayılırdı. Onu da deyim ki, ziyarətgahın adını Qəflə olması onun “qəflətən” sözünə yaxın olduğu üçün belə adlandırıldığını da deyənlər oldu.
Burda bir şeyi qət etdim ki,
insanlarda inam hissi güclüdür. Yaxşı olar ki bu inam hissi Aləmlərin Rəbbi
olan Allahın qüdrətinə və onun birliyinə olsun. O ziyarətgahlarda uyuyan insanlar
Uca Rəbbimiz tərəfindən onun icazəsi və iradəsilə şərəfləndiriliblər. Allahın
məsləhət ilə öz dövrlərini yaşayiblar.
Sonda bir hikmətli sözü
xatırlatmaq istəyirəm. “İnsanların bədbinliyə düşməməsi üçün onlar ya ümidli
olmalı, ya da inamlı”.
Hiç yorum yok:
Yorum Gönder